ABŞ-ın "Normandiya formatı"-na qoşulma ehtimalı Ryabkov tərəfindən yüksək qiymətləndirildi

ABŞ-ın "Normandiya formatı"-na qoşulma ehtimalı Ryabkov tərəfindən yüksək qiymətləndirildi

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın "Normandiya formatında" danışıqlarda iştirakının Vaşinqtonun Ukrayna istiqamətində rəhbərlik etdiyi xətt səbəbindən mümkünsüz olduğunu söyləyib. SİA xəbər verir ki, bu barədə nazir müavini RİA Novosti-yə verdiyi açıqlamada bəyan edib.
Diqqətə çatdıraq ki, bir qədər əvvəl baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri məsələsi üzrə naziri Oleksey Reznikov ABŞ və Polşanı danışıqlara qoşulmağa çağırış edib. Bənzər bir təklif təmas qrupundakı Ukrayna tərəfinin rəhbəri Leonid Kravçuk tərəfindən də edilib.
Ryabkov qeyd edib ki, Vaşinqtonun Ukrayna istiqamətində nümayiş etdirdiyi yanaşmalarla "Normandiya formatında" onun heç bir işi yoxdur.
Onu da nəzərə çatdıraq ki, bundan əvvəl, Moskva və Vaşinqton arasında keçən həftə telefon danışığı baş tutmuşdu. Ryabkovun sözlərinə görə, Rusiya bu mövzuda Vaşinqtonla əlavə təmas qurmaq istəmir.
Xatırladaq ki, son üç ildə "Normandiya Dördlüyü" ölkələri arasındakı sammitdə, hansıki, 9 dekabr 2019-cu il tarixində Parisdə keçirilmişdi, tərəflər ortaq bir razılığa gəliblər və Donbasdakı vəziyyətin həlli üzərində işi davam etdirmək üçün dörd aydan sonra Berlində görüşməyə razı olublar. Bəyannamədə Minsk razılaşmalarının Normandiya formatında iş üçün əsas olaraq qaldığı və qüvvələrin ayrılmasının mart 2020-ci ilin sonuna qədər Donbassdakı üç yeni nöqtədə nəzərdə tutulduğu vurğulanır. Liderlər, ilin sonuna qədər Donbasda atəşkəs çağırışı da ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə