Vaksinasiya orucu pozurmu? CAVAB

Türkiyənin Dini İşlər İdarəsi vaksinlərin oruca təsiri ilə bağlı sualı "Hürriyet" qəzeti varisəti ilə cavablandırıb. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, qurum vaksinasiyanın orucu pozmadığını bəyan edib. "Vaksində qida maddələrinin olmadığına görə onun orucu pozmadığını deyə bilərik. Müalicə alan pasientlər isə orucu sağlamlıqları yol verən zamana qədər təxirə sala bilərlər", cavabda bildirilib.

Dini İşlər İdarəsi həmçinin qeyd edib ki, əgər orucun saxlanmasına hər hansı bir maneə yoxdursa, inyeksiyanı iftardan sonra da həyata keçirmək, yəni vaksinasiyanı müəyyən müddət təxirə salmaq mümkündür.

Türkiyənin Ailə Həkimləri Federasiyasının sədr müavini Hacı Yusif Eryazqan isə qeyd edib ki, epidemiyanın yayılmaması üçün vaksinasiya prosesini təxirə salmaq olmaz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə