Antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır ŞƏRH

Antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır ŞƏRH

Əli Kərimlinin "donkixotluğu" haraya kimi...

28 ildir ki, "müxalifət" adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına, dünya da belə bir qələbənin əldə olunması mümkün olmadığı halda Azərbaycan 30 il ərzində mənfur erməni təcavüzkarlarının 44 gün ərzində ərazi bütövlüyünün, ədalətin bərpa olunmasına nail olaraq tam Qələbə qazanaraq – Qarabağ Azərbaycanımıza qovuşmağımıza qara yaxanlar nə vaxta kimi... Erməni dəyirmanına su tökənlər elə zənn edirlər ki, bu əxlaqsızlıqları və böhtanları ilə xalqın dəstəyini bəlkə "qazandılar". Ancaq onların bu "arzusu" "qaşınmayan yerdən qan çıxarmağa" bənzəyir. Necə deyərlər: qaş düzəltdikləri yerdə vurub göz...kimi. Ay bədbəxt məxluq, məgər bilmirsiniz ki, 2003-cü ildən zibilliyə, tarixin arxivinə atılmsınız. Ən iyrənci isə odur ki, xalqımız, bütün türk dünyası ilə bərabər bir çox dünya dövlətləri bu qələbə sevincimizlə şərik olduqlarını və işğaldan azad olunun torpaqlarımızın bərpasında dəstək verəcəklərini bildirdikləri halda, erməni üfunəti verən AXCP sədri Əli Kərimlinin "don kixotluq" etməsi bir daha onun nə qədər mənəviyyatsız, satqın olduğunu göstərir. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi mənfurlar 28 ildir ki, ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzundan qaşınmaya düşərək beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün min bir fitnə-fəsada əl atır, ağlagəlməz yalanlar, böhtanlar uydururlar.

"Sapı özümüzdən olan baltalar"dan istifadə edən, erməniyə "dayı" deyən Paşinyan sifətli bu vicdanı olmayan ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin tula payı alan bu mənfurlara Azərbaycanın o çörəyi haram olsun!. Az qalıb, xalq və qanun qarşısında cəza çəkməyinizə. Axı, bütün dünyaya bəllidir ki, Sevinc Osmanqızının atasını ermənilər vəhşicəsinə qətlə yetiriblər. İndi bu qəddar, faşist xislətli millət Sevinc Osmanqızına niyə bu qədər əziz olub? Nəyə əsaslanaraq milli maraqlar məsələsində ermənilərin yanında necə ola bilirsiniz? Məgər indiyədək ermənilərin soydaşlarımıza qarşı törətdikləri terror aktlarından, vəhşiliklərdən, işğal siyasətindən, yaxud dünyanı lərzəyə salan 31 mart, Xocalı soyqırımlarından bixəbərsiniz? Əgər Avropanın mərkəzində, eləcə də Amerikada və digər ölkələrdə soydaşlarımız erməni vandalizminə, sərhədboyu əraziərdə törətdikləri təxribatlara, günahsız hərbçilərin, mülki əhalinin, uşağın, ağsaqqalın, ağbirçəyin qətlə yetirilməsinə etiraz əlaməti olaraq dinc aksiya keçirirlərsə, niyə ermənilərdən betər Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Arif Məmmədov və bu kimilər etiraz edirlər? Bu xəyanətkarlar ermənilərə və onların havadarlarına xoş görünmək və gündəlik yeməklərini artırmaq naminə bütün bunlarda Azərbaycan hakimiyyətini günahlandırır, "zavalı" ermənilərin heç bir günahı olmadığını iddia edirlər. Bu xəbis niyyətlərini sosial şəbəkələr vasitəsilə həyata keçirən satqınlara azərbaycanlı demək olarmı?

Bu gün dünya ictimaiyyəti, hətta Ermənistan dövlətinin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da işğalçı ölkəni müdafiə etmədi və haqqın tərəfində dayanaraq Azərbaycanın haqlı olduğunu bildirdi. Ancaq satqınlar – vidadilər, sevinclər, ariflər... ermənilərin yanında olduqlarını açıq şəkildə bəyan edirlər. Ancaq nə edirlər etsinlər. Xalq onların yerini göstərib:

Tarixin zibilxanasıdır

O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, milli satqınlıq nümayiş etdirən bu ünsürlərə Azərbaycan xalqı öz yerini göstərdi - tarixin zibilxanasıdır. Manqurtlaşmış "Vətən", "millət" deyən Ə.Kərimli kimilərin bəzi xarici dairələrin "zombi"ləşmiş "filial"ı kimi fəaliyyət göstərməsi zaman-zaman faktlarla öz təsdiqini tapmışdır. Ancaq tarix unudulmur, geri qaytarmaq, nə də onu silmək mümkün deyil. Çünki Azərbaycanda xaos yaratmağa çalışan dağıdıcı müxalifət partiyalarının "lider"ləri öz antimilli əməllərini gizlətməyə çalışsalar da, inkaredilməz faktlar başqa söz deyir. Çünki belə əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələdir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-sinin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanata Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirməməsi deyilənlərin təsdiqidir. Belə bir atalar sözü də var: "Düşməni başqa yerdə axtarmaq lazım deyil". Həmçinin belə bir deyim də var: "xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır". Lakin bu əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələ oldduğu kimi, anlamaqları isə mümkünsüzdür. Çünki Əli Kərimli kimilərin "anlaya" biləcək "başı" yoxdur. Ancaq bu satqın və şərəfsiz Əli Kərimli kimilər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Bu gün sorosun tör-töküntüləri, çör-çöpləri isə əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlər kimi ünsürlər xalq tərəfində tarixin zibil yeşiyinə atılanların tarix və zaman tələbi ilə xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız, müqəddəs qanunlarımız qarşısında cavab vermələri zamanıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə