Birinci Qarabağ müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalında və insanlarımızın qətlə yetirilməsndə qəddarlığı ilə seçilmiş, sonrakı illərdə Ermənistan parlamentində baş vermiş silahlı hücum nəticəsində öldürülmüş Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyan Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın "İsgəndər" raket komplekslərinin yararsız olmaları ilə bağlı fikirlərini təkrarlayıb. SİA xəbər verir ki, bu barədə ermənilərin ArmVoice teleqram kanalı yazır.
Aram Sarqsyan Rusiyanı ittiham edərək davam edib ki, Moskva artıq bütün ölçüləri aşıb və türk əsgərinə 200 il sonra Araz çayını keçməyə şərait yaradıb. Onun iddiasına görə, əgər Zəngəzur əldən çıxarsa, bu zaman günahkar Paşinyan deyil, Rusiya olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB