Ermənistanın revanşist birləşmiş müxalifəti – “Vətənin xilası hərəkatı” iyun ayında keçirilməsi gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində ikitirəlik və parçalanma ilə qarşı-qarşıya qalıblar. SİA xəbər verir ki, bununla bağlı Baqramyan-26 teleqram kanalı yazır. Qeyd olunur ki, “Daşnaksutyun” baş nazir Nikol Paşinyanın dərhal istrfa verməsini tələb edərək, gündəmlərində yalnız bu mövzunun olduğunu bəyan edib.
“Hesab edirik ki, seçkilərdə iştirak etmək gündəminə daxil olmaq mənasızdır. Bizdə (yəni daşnaklarda) Nikol Paşinyanın vəzifəsindən kənarlaşdırılması məsələsində 100%-lik konsensus var. Sadəcə güclərin bir hissəsi qısa yolun seçkilərdən keçdiyini düşünür, digər hissəsi isə hesab edirlər ki, onlarla (hakimiyyətlə) seçkilərə getməyə etiyac yoxdur. “Erməni Daşnak İnqilabi Federasiyası” irəli sürülmüş gündəm üzərində mübarizə aparacaq”, deyə daşnakların rəsmisi, eləcə də “Vətənin xilası naminə hərəkat”ın koordinatoru İşxan Saqatelyan bildirib və əlavə edib ki, hətta meydanda tək qalsalar belə Paşinyanın istefaya göndərilməsi məsələsində mübarizə aparacaqlarını deyib.
Qeyd edək ki, bundan əvvəl adıçəkilən hərəkatın iştirakçıları - “Çiçəklənən Ermənistan” və “Vətən” partiyaları bəyan ediblər ki, seçkilərdə iştira etmək niyyətindədirlər.
Nikol Paşinyan tərəfindən 2018-ci ildə drvrilmiş eks-prezident Serj Sarqsyanın lideri olduğu Respublika partiyası isə hələ ki, hansı qərara gəlmələri ilə bağlı qəti fikir bildirməyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB