Bu AXCP üzvləri Prezidentin Əfv Sərəncamından yararlandılar ADLAR
Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılanlar arasında AXCP üzvləri də var. SİA-ya daxil olan məlumata görə, onlar Orxan Baxışlı, Elçin İsmayıllı, Məhəmməd İmanlı və Babək Həsənovdur.
- Orxan Baxışlı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma" maddəsi ilə itiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
- Məhəmməd İmanlı isə Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilmişdi.
- Babək Həsənov Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
- AXCP-nin digər üzvü Elçin İsmayıllı isə İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham edilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB