Azərbaycanın işğaldan azad etdiyi ərazilərində minalanmış sahələrin xəritələrinin verilməsi üçün Ermənistana dünya birliyi təzyiq göstərməlidir. SİA xəbər verir ki, bu sözləri Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Üçtərəfli bəyanat bütün hərbi əməliyyatların dayandırılması deməkdir və həmin sənəddə bu açıq formada öz əksini tapıb. Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, Ermənistan işğal edilmiş əraziləri 30 il ərzində kütləvi şəkildə minalayaraq həmin əraziləri cansız məkana çevirib. Amma Ermənistan noyabrın 10-dan sonra, hətta günü bu gün də mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu, uzun illər ərzində davam edən hərbi cinayətdir”, deyə Ceyhun Bayramov bildirib.
Nazir bunun beynəlxalq humanitar prinsiplərə, insani davranışlara zidd olduğunu qeyd edib.
“Bu ərazilərdə mina partlaması nəticəsində 18 insan dünyasını dəyişib, 78 insan isə ağır xəsarət alıb. Ağdamda 6 nəfərin minaya düşməsi, yəni son hadisə isə dünən olub”, deyə xarici işlər naziri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB