Pandemiyaya baxmayaraq ölkəmiz bu ağrılı vəziyyətdən az itkilərlə çıxa bilib - Sahibə Qafarova

Pandemiyaya baxmayaraq ölkəmiz bu ağrılı vəziyyətdən az itkilərlə çıxa bilib - Sahibə Qafarova

Pandemiyaya baxmayaraq ölkəmiz bu ağrılı vəziyyətdən az itkilərlə çıxa bilib.

SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

S.Qafarova bildirib ki, pandemiya dövründə ölkəmizdə sosial paket icra olunub, sahibkarlara vergi güzəştləri tətbiq olunub.

Spiker vurğulayıb ki, pandemiya dövründə qeyri-neft sektorunun 11 faizi artması düşünülmüş siyasətin nəticəsində mümkün olub.
S.Qafarova əlavə edib ki, koronavirus və müharibənin xərclər tələb etdiyi bir şəraitdə düzgün siyasət nəticəsində ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb və hətta artırılıb.

Spiker bildirib ki, Azərbaycan qazı artıq Avropa məkanına çatır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə