Azərbaycan və İsveç XİN rəhbələrinin mətbuat konfransı keçirilib YENİLƏNİB - FOTOLAR
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycan Respublikasına işgüzar səfəri ilə bağlı birgə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında səfərin məqsədi, müzakirə olunan məsələlər, gələcək planlar və digər məsələlər barəsində məlumat verilib.
Mətbuat konfransında ilk öncə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, əvvəlcə İsveçin xarici işlər naziri xanım Ann Lindeni, nümayəndə heyətinin üzvlərini və bütün iştirakçıları salamlayıb. Nazir qeyd edib ki, Azərbaycanla İsvec arasında münasibətlər inkişaf etməkdədir və xanım Lindenin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Ceyhun Bayramov onu da diqqətə çatdırıb ki, bu yaxınlarda Azərbaycanın İsvec Krallığında səfirliyinin açılması nəzərdə tutulur. O, Azərbaycanla İsveç arasında iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsi, eləcə də turizm istiqamətində geniş imkanların mövcud olduğunu bildirib və qeyd edib ki, çoxtərəfli əməkdaşlıq hər iki ölkə üçün maraq kəsb edir.
Mətbuat konfransı jurnalistləri maraqlandıran məsələlərin müzakirəsi ilə yekunlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB