Ərdoğan və Putin Akkuyu AES-in üçüncü reaktorunun təməlqoyma mərasimində iştirak edib

Ərdoğan və Putin Akkuyu AES-in üçüncü reaktorunun təməlqoyma mərasimində iştirak edib

Türkiyənin Mersin vilayətində Akkuyu atom elektrik stansiyasının üçüncü nüvə reaktorunun təməlqoyma mərasimi keçirilib.

SİA-nın məlumatına görə, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak ediblər.

Qeyd edək ki, 4 reaktordan ibarət olacaq stansiya 5 min meqavatta yaxın enerji istehsal edəcək.

Mərasimdə çıxış edən V.Putin bildirib ki, AES 2023-cü ildə istismara veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə