İstefa tələbi sual altındadır Qasparyan vəzifəsini icra etməkdədir

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan vəzifələrini icra etməkdə davam edir və ən azı daha səkkiz gün də vəzifəsini icra edəcək. SİA Rusiyaya məxsus RİA Novosti Agentliyinin yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın çərşənbə günü yaydığı açıqlamada deyilir.
"Konstitusiya Məhkəməsi, prezident fərmanı layihəsinin konstitusiyaya uyğunluğu və ya Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi məsələsinə qərar vermək hüququna malik deyil. Yəni prezident Konstitusiya Məhkəməsinə müraciət edərək qərarını təyin etmək üçün müraciət edə bilər. Fərmanın hüquqi əsası olaraq "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun konstitusiyaya uyğunluğu hesab olunur", deyə Baş Qərargah nümayəndəsi Samvel Asatryan Facebook səhifəsində yerləşdirilən şərhdə yazır.
Qeyd olunur ki, prezident yalnız konstitusiyaya uyğun olaraq hərəkət etdiyini və bəyanat verdiyini açıqlayıb.
"Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyan 8 günlük müddət bitənə qədər (Prezidentin Konstitusiya Məhkəməsinə müraciətindən sonra) xidmətini davam etdirir və Silahlı Qüvvələrin ali komandiridir" - deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, baş nazir Nikol Paşinyanın Rusiya İskəndərləri barədə diqqətsiz, məsuliyyətsiz, düşünülməmiş sözlərindən sonra İrəvanda növbəti siyasi böhran alovlanıb. Mətbuatda yer alan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəis müavini, baş naziri lağa qoyub, ardından da, istefaya göndərilməsi üçün baş qərargah rəisinin istefası təklif edilib. Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb və səlahiyyətlilərlə danışıqlar, baş nazirin istefasını tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...