YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasda YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak edib.

İclası YAP Şəmkir rayon təşkilatın sədri Fəxrəddin Vəliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, 26 Fevral Xocalı Soyqırımının 29-cu il dönümünün qeyd olunması ilə bağlı bütün regionlarda olduğu kimi Şəmkirdə də geniş şəkildə qeyd olunub. F.Vəliyev, həmçinin xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən müharibəsindəki zəfərin misilsiz qələbəmiz olduğunu deyib. Tədbirdə, həmçinin gündəlikdə duran rayon təşkilatının uçotunda dayanan partiya üzvülərinin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi üzvlər proqramında həmin məlumatlarının işlənməsi, hər bir partiya üzvünün şəxsiyyətini təsdiq edən sənədin və partiya vəsiqəsinin surətinin toplanması işinin icra vəziyyəti, eyni zamanda, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmüş dövlət-gənclər siyasətinə dair Prezident, Yeni Azərbayxan Partiyasının Sədri İlham Əliyevin dövlətin idarə olunmasında gənclərə göstərilən diqqət və qayğıdan, bu qayğının dövlət başçısının siyasətinin göstəricisi olduğu vurğulanıb.

İclasda "Şəhid ailələrinə qayğı" aksiyasının gedişi barədə YAP Şəmkir rayon təşkilatının sədri F.Vəliyev bildirib ki, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür diqqət və qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edir: "Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər xalq tərəfindən rəğbətlə qarşılanır. Dövlətin dəstəyi ilə yanaşı cəmiyyətin ayrı-ayrı təbəqələri bu kateqoriyadan olan insanlarımıza həsaslıqla yanaşır və dəstəklərini əsirgəmirlər. Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən "Şəhid ailələrinə qayğı" aksiyasını insanlarımız rəğbətlə qarşılayır və təqdir edirlər".

İclasda aksiya çərçivəsində YAP-ın Şəmkir rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən, eyni zamanda şəhid ailələrinin və qazilərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışılıb, bu işə müntəzəm xarakter verilməsinin vacibliyi qeyd olunub.

İclasda həmçinin, təşkilatın iş planına uyğun olaraq ərazi ilk partiya təşkilatlarında partiya üzvlük haqlarının hesablanıb köçürülməsi vəziyyəti müzakirə olunub.

R.HÜSENOVA

Bütün xəbərlər Facebook səhifəmizdə