Vətən müharibəsi və siyasi partiyalar - ŞƏRH

1994-cu il may ayının 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bağlanılan atəşkəsdən 26 il 4 ay 15 gün keçdikdən sonra Azərbaycan Respublikasının tarixində bir dönüş baş verdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 27 illik vətən torpağı həsrətinə son qoydu. Hər birimizə doğma olan Qarabağımız və Qarabağətrafı 7 rayon erməni işğalından azad olundu. Bu möhtəşəm Zəfərin əsas amili Xalq-İqtidar-Ordunun sarsılmaz birliyidir. Ölkəmizin hərbi-texniki üstünlüyünə ən müasir hərbi silahlarına baxmayaraq, son qəti sözü xalqımızın qəhraman övladları, Ali Baş Komandanın uzaqgörən hərbi doktrinası dedi.

Qələbəni təmin edən digər mühüm amil milli həmrəylik, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların ictimai-siyasi təşkilat və birliklərin Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, vahid ümumxalq, ümumdövlət mövgedən çıxış etməsidir.

Vətən müharibəsi başlayan dövrdən Azərbaycanda bir çox siyasi partiyalar öz fəaliyyətini daha fərqli konsepsiyada dəyərləndirdilər. Vətənin dar günündə siyasi ambisiyaları kənara qoyaraq, dövlət marağını hər şeydən üstün tutaraq, vətəninin gələcəyi naminə siyasi birlik nümayiş etdirərək iqtidara dəstək oldular. 27 sentyabr 2020-ci il tarixində 50 partiyanın iştirakı ilə onlayın formatda keçirilən görüş və qəbul edilən birgə bəyanat buna əyani sübutdur. Bəyantda qeyd olunduğu kimi: Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!

Bildirmək istərdim ki, Vətən müharibəsinin ilk saatından 44 gün ərzində YAP gəncləri arxa cəbhədə, sosial şəbəkələrdə dünyaya bütün həqiqətləri çatdırmağa çalışırdı. Vətən müharibəsi Azərbaycan Respublikasının qalibiyyəti ilə başa çatdı. Bu müharibə Azərbaycan xalqının birliyini, "dəmir yumruğun” gücünü, yenilməzliyini göstərdi. Bütün vətandaşlar, Azərbaycan gəncləri döyüşmək üçün Səfərbərlik Xidmətinin önündə növbələrə dururdu. Bununla yanaşı olaraq, ön cəbhədə olan qardaşlarımız üçün lazımı dəstək göstərildi. Hazırda ölkədə hakim partiya olan Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi post-müharibə dövründə də Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin dəstəkçisi olmuş, onun ətrafında sıx birləşmiş, informasiya məkanında xüsusi fəallıq göstərərək, düşmənin uydurma, şayiə, yalan miflərini ifşa edib, dünya ictimaiyyətinə erməni faşizmin əsl xislətini nümayiş etdirib, Azərbaycanın ədalətli müharibəsinin faktlarla sübuta yetirmişdilər.

Siyasi partiyaların əksəriyyəti əsl vətəndaş məsuliyyətini nümayiş etdirərək Qarabağ həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni terrorçularının Azərbaycana qarşı törətdikləri təxribatları, eyni zamanda Gəncəyə, Bərdəyə, Tərtərə atılan raketlərin, o ərazidə yaşayan əhalinin yaşadığı anların sosial şəbəkələrdə və beynəlxalq arenada yayılmasında fəal iştirak etmişlər. Siyasi partiyaların gəncləri ən böyük izləyici kütləsinə sahib platformalarda “Facebook”, “Twitter” və “Instagram” kimi bir neçə sosial şəbəkələrdə erməni terrorçuluğunu pisləyən, Azərbaycanın necə alçağ düşmənlə üz-üzə gəldiyini hər kəsə çatdırmaq yönündə addımlar atmışlar. Eləcə də dünyaca məşhur şəxslərin elektron hesablarına məktublar göndərməklə onları erməni terrorçularının işğalçı siyasəti haqqında məlumatlandırmışlar.

Xüsusi ilə vurğulamaq istərdim ki, Vətən müharibəsi dövründə hərbi, siyasi-diplomatik sahədə olduğu kimi möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev informasiya mübarizəsi sahəsində də qətiyyət, prinsipiallıq, siyasi iradə, mədəniyyət, yüksək erudisiya nümunəsini göstərdi. Çingiz Aytmatov dediyi kimi: ”İlham Əliyev qlobal dünyanın siyasi lider etalonudur”. Belə Liderlə yalnız fəxr etməli və qürur duymalıyıq!!

FUAD HEYDƏRLİ,

YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə