Separatçılar Paşinyanın əleyhinə çıxdılar: baş qərargah isə növbəti bəyanatını verdi QARŞIDURMA

Separatçı rejimin üç "partiyası" - "daşnaksyutyun", "artsaxın demokratik partiyası" və "ədalət partiyası" bəyanatla çıxış edərək Ermənistan silahlı qüvvələrinin baş qərargahının ölkə hökumətinin və baş nazirinin istefa tələbini əks etdirən bəyanatına dəstək verdiklərini bəyan ediblər.

"Ermənistandakı qardaş və bacılarımızı dəstəkləyirik", deyə bəyanatda bildirilir.

Qeyd edək ki, "ədalət partiyası" quldur və terrorçu rejimin "təhlükəsizlik şurasının sədri" Vitali Balasanyanın rəhbərliyi altındadır.

Bu arada Ermənistan silahlı qüvvələrinin baş qərargahı yenidən bəyanatla çıxış edərək Paşinyanın istefası tələbində dəyişilməz qərar verdiklərini bildirib. Erməni generalları bəyan ediblər ki, onların bəyanatları hər hansı bir kənar təsirlə hazırlanmayıb.

"Bu, zabit və generalların ümumi mövqeyidir. Bir daha öz mövqeyimizi təsdiq edirik", deyə qeyd olunub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə