Ermənistanda dövlət çevrilişinə start verildi BƏYANATLAR

Ermənistan silahlı qüvvələrinin baş qərargahı Nikol Paşinyanın istefa tələbini irəli sürdükdən və ordunun xalqın tərəfinə keçdiyini bəyan etməsindən sonra polisə və s. güc strukturlarını xəbərdar edib ki, onlar etirazçılara qarşı güc tətbiq etməsinlər. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatı silahlı qüvvələrin 40 yüksək rütbəli zabitləri imzalayıb.

Bunun ardınca isə baş nazir Nikol Paşinyan hərbi çevrilişə cəhdlə bağlı bəyanat yayıb. "Bütün tərəfdarlarımızı Respublika Meydanına çağırıram. Tezliklə birbaşa efirdə çıxış edəcəyəm", deyə baş nazir bildirib.

O, ordunun siyasi proseslərə qarışmasının yolverilməz olduğunu bəyan edib.

Nikol Paşinyan Ermənistan ordusunun baş qərargahının rəisi Onik Qasparyanın istefasını tələb edən digər yüksək rütbəli zabit heyətini istefaya göndərib.

Baş qərargahın bəyanatından sonra Paşinyanın parlament fraksiyasının rəhbəri Lilit Makunts hökumət binasında olub və baş nazirlə görüşüb. Görüşdən çıxdıqdan sonra isə jurnalistlərin suallarından yayınaraq binanı tərk edib. Hazırda hökumət binasında parlamentin sədri Ararat Mirzoyanın və vitse-spiker Alen Simonyanın olduqları bildirilir. Onlar Paşinyanla sonrakı plan və fəaliyyət barədə müzakirə aparırlar.

Qeyd olunur ki, artıq bütün dövlət binalarında mühafizə işləri gücləndirilib. Polis rəhbərliyi gücləri İrəvanın mərkəzində konsentrə etməsi əmrini alıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...