Ukraynadakı sosial-iqtisadi vəziyyətin mürtəce və repressiv meyllər fonunda sürətlə pisləşib. SİA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, bir qədər əvvəl Peskov, mürtəce bir tendensiyanın, mediaya və aparıcı siyasətçilərə qarşı repressiv hərəkətlərin Ukraynada gücləndiyini qeyd etmişdi.
"Əlbətdə ki, bu mürtəce və repressiv hərəkətlər fonunda Ukraynada iqtisadi vəziyyətin sürətlə pisləşdiyindən təəssüflənirik. Qonşu bir ölkə haqqında oxşar iqtisadi şərait, sosial-iqtisadi vəziyyət, daxili reaksiya təzahürü ilə əlbətdə ki, bizim üçün ciddi narahatlıq doğurur", deyə Peskov bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB