Lavrov Rusiyanın AB ilə normal münasibətlərinə qayıtmağa hazır olduğunu söylədi
Rəsmi Moskva mövcud böhrana baxmayaraq, Avropa Birliyi ilə normal münasibətlərə qayıtmağa hazırdır və seçim Brüsseldədir, lakin hadisələrin hər hansı bir inkişafı istisna edilə bilməz. SİA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz hadisələrin hər cür inkişafına hazır olmalıyıq. Seçim Avropa Birliyinə məxsusdur. Əgər münasibətlərin bərpa edilməsinə qərar verərlərsə və onları pozmaq üçün hərəkətləri geri çevirərsə, o zaman biz də buna hazır olacağıq", deyə Lavrov Sankt-Peterburqda həmkarı Pekka Haavisto ilə danışıqlardan sonra bəyan edib.
Eyni zamanda, diplomat qeyd edib ki, ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərdə Rusiya Federasiyasının heç bir problemi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB