Sülhməramlılar Şuşaya yüklərin çatdırılmasına kömək ediblər Rusiya mətbuatı yazır

Sülhməramlılar Şuşaya yüklərin çatdırılmasına kömək ediblər Rusiya mətbuatı yazır

Rusiya sülhməramlıları Dağlıq Qarabağda Şuşanin infrastrukturunu bərpa etmək üçün inşaat materialları ilə dolu olan 60-dan çox yük maşınını müşayiət ediblər. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fedarasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sülhməramlı kontingentin hərbi heyəti Azərbaycanın tələbi ilə avtomobillər olan iki kolonun hərəkətinin təhlükəsizliyini təmin edib.

"Rusiya barışıq kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək", deyə məlumatda bildirilir.

Xatırladaq ki, sülhməramlılar ötən ilin, 2020-ci ilin payızından etibarən zərər çəkmiş bölgələrdə infrastrukturun bərpasında və əhalinin normal həyatı üçün şərait yaradılmasında köməkliklər göstərirlər. Doğrudur, Ermənistan tərəfi infrastrukturun bərpası üçün nəzərdə tutulmuş bu köməklikdən sui istifadə etməyə çalışır və yenə də müxtəlif qanunsuzluqlar törədilməsinə səy göstərir, hansıki qarşısı qətiyyətlə alınır.

Qeyd edək ki, Azərbaycan tərəfi həmin ərazilərdə abadlıq və quruculuq işlərinin görülməsi istiqamətində fəaliyyət göstərir və göründüyü kimi, Rusiya sülhməramlıları bunu yaxşı başa düşür. Əbəs yerə deyil ki, sülhməramlılar Azərbaycan tərəfinin tikinti materialları ilə yüklənən 60-dan çox avtomobilinin əraziyə çatdırılmasında, daşınmasında köməklik göstərib və bu barədə Rusiya mətbuatı da açıq şəkildə yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə