YAP Göyçay rayon təşkilatında hesabat yığıncaq keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Milli Məclisin deputatı Cavid Osmanov, Yeni Azərbaycan Partiyası icra katibliyi təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Emil Abbasov, Göyçay rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov geniş hesabat məruzəsi ilə çıxış edərək, həyata keçirilən islahatlardan, ölkəmizin koronovirusa qarşı mübarizəsindən və şanlı qələbəmizdən bəhs edib. S.Şükürov qeyd edib ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.
S.Şükürov ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib: “Biz Birlikdə güclüyük” devizi altında keçirilən aksiya zamanı rayon təşkilatımız tərəfindən tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar imkansız ailələrə sosial xidmət və ərzaq yardımı göstərilmişdir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən verilən ərzaq yardımlarından 394 imkansız ailəyə çatdırılmasında rayon təşkilatının könüllüləri xususi fəallıq göstərmişlər”.
S.Şükürov bildirib ki, 27 sentyabr 2020-ci il tarixdən başlayan, 44 gün davam edən Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları müntəzəm olaraq hərbi xidmətdə olan əsgərlərin ailələri ilə əlaqələr saxlamış, şəhid ailələrində olmuş, yaralı qazilərimiz və onların ailə üzvləri ilə görüşmüş, səhhətləri, problemləri ilə maraqlanmış və rayon təşkilatına müntəzəm olaraq məlumat vermişlər.
Çıxışının sonunda S.Şükürov konfrans iştirakçılarını əmin edib ki, YAP Göyçay rayon təşkilatı 2021-ci ildə də, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Cavid Osmanov Ali Baş Komandan, ölkə Prezidenti Cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və müzəffər ordumuzun gücü, qüvvəsi, şücaəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi, şanlı zəfərdən danışıb.
Daha sonra çıxış edın YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abbasov bildirib ki, YAP Göyçay rayon təşkilatı tərəfindən həm Milli Məclisə keçirilən seçkilər zamanı, həm pandemiya dövründə, həm də Vətən müharibəsi vaxtı həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Natiq YAP Göyçay rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən YAP Göyçay rayon təşkilatı qadınlar şurasının sədri Z.Zeynalova, YAP Göyçay rayon təşkilatının sədr müavini L.Hacıyeva, rayon gənclər birliyinin sədri T.Əhmədov və ilk partiya təşkilat sədrləri görülən işlərdən danışıb, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə YAP Göyçay rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət Planı qəbul edilib, YAP Göyçay rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB