Gültəkin Hacıbəyli reallığı: korrpusioner, satqın və xəyanətə alışıq tipaj ANALİTİKA + VİDEOFAKT
Əvvəli aşağıdakı linkdə:
https://sia.az/az/news/politics/852886.html
Ötən yazımızda “Milli Şura”nın koordinasiya şurasının üzvü Güktəkin Hacıbəylinin millət vəkilliyi dövründə vəzifəsindən sui-istifadə edərək 5 milyonluq korrupsiya əməllərinin qiymət preyskurantını təqdim etmişdik. Çoxsaylı mülklər, bahalı avtomobillər, hektarlarla mənimsənilmiş torpaq sahələri və s. qanunsuzluqları sübut edən digər əməllərin hər biri əslində ciddi şəkildə araşdırılmalı, qanunamüvafiq olaraq nəticəsini tapmalıdır.
Daha çox qazanmaq, dövlətdən oğurlamaq planlarını işə salıb və hesabını 5 milyonluq korrupsiya vasitəsi ilə artırıb
Lakin o da sirr deyil ki, hakimiyyət cinahında yer alarkən, bu adam heç də dövlətçilik maraqlarına xidmət etməyib, əksinə, G.Hacıbəyli “dövlətçilik maraqlarının müdafiəsi” adı altında pərdələnib, həmçinin seçiciləri tərəfindən ona göstərilmiş etimaddan, eləcə də vəzifə səlahiyyətlərindən şəxsi mənfəətləri üçün istifadə edib. Nəticədə daha çox qazanmaq, dövlətdən oğurlamaq planlarını işə salıb və hesabını 5 milyonluq korrupsiya vasitəsi ilə artırıb. Hər şey üzə çıxdıqdan sonr isə, vaxtilə müdafiə etdiyi hakimiyyət nədənsə onun üçün “pisə” çevrilib və dönüb-olub qatı, radikal müxalifətçi. Daha dəqiq desək, əgər bu gün anti-milli “Milli Şura”nın tərkibində yer almasına və “odlu-alovlu” çıxışlar etməsinə baxmayaraq, bu təhlükəli qadının səmimiyyətinə yenə də inanmaq olmaz. O, heç də “müxalif baxış” adı altında “siyasi mövqe” sərgiləmir, əslində yenə də köhnə ampuasında qalaraq, indi də zamanında dövlətdən korrupsiya əməlləri hesabına oğurladığı mal-mülklərini qorumağa, əldən çıxarmamağa çalışır.
Maxinator guya ki, müxalifətə keçməyə qərar verir...
Və o, həmin Gültəkin Hacıbəylidir ki, deputat olarkən dövləti və dövlət başçısını dəstəkləyən çıxışlar edirdi. Lakin mülkiyyət maxinasiyaları üzə çıxdıqdan sonra və seçiciləri də onun Goranboy rayonundakı özbaşınalığından bezdiyi üçün onu deputat seçmədiklərinə görə adıçəkilən maxinator guya ki, müxalifətə keçməyə qərar verir. O, düşünür ki, müxtəlif yollarla ələ keçirdiyi 5 milyonluq korrupsiya mülklərini yalnız müxalifətçi obrazı ilə qoruya bilər. Amma onun bu oyunbazlığının hər hansı bir istədiyi nəticəni verməsi inandırıcı görünmür.
Azərbaycanda vəzifəsindən, siyasi-ictimai baxışından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir!
Əgər bu gün etimad göstərilmiş dövlət məmurlarının fəaliyyətlərində hər hansı bir qanunsuzluq, cinayət halları aşkar edilirsə, heç bir fərq qoyulmadan həmin məmurlar məhkəmə qarşısına çıxarılır və kirli əməllərinin hesabını verirlər.
Bu baxımdan, əgər sabah-birigün G.Hacıbəyli də məhkəmə qarşısına çıxarılarsa, onun “Milli Şura”dakı “həmdərdləri” heç də hay-haray salıb, “siyasi təqib” tipli iddialarla çıxış etməsinlər. Çünki Azərbaycanda vəzifəsindən, siyasi-ictimai baxışından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir!
Hələlik isə, təqdim edilən videoda G.Hacıbəylinin əqidə dəyişkənliyini, qeyri-səmimiliyini, sözün əsl mənasında isə aktyorluq məharətini sübuta yetirən fraqmentə baxmağa dəyər...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB