YAP Şəmkir rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

YAP Şəmkir rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

"Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qazilərimizi ziyarət edirlər. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkirdə də şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edilr, qazilərimizlə və Gəncədə erməni terroru nəticəsinə valideynlərini itirmiş Şəmkir rayonundan olan uşaqlarla görüşür, onların qayğıları ilə maraqlanır.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və aparatın əməkdaşları görüşdə şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna nəzər salıb, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqəti mərkəzindədir.

Sonra şəhid ailələrinə ərzaq sovqatı və maddi yardım göstərilib.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, bütün yerli strukturlara təşəkkürlərini bildiriblər.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə