Mərkəzi küçələr və metro stansiyaları bağlandı Sankt-Peterburqda

Mərkəzi küçələr və metro stansiyaları bağlandı Sankt-Peterburqda

Sankt-Peterburqda polisin istəyi ilə "Qostiniy Dvor" və "Nevskiy Prospekt" metro stansiyaları bağlanılıb, "Nevskiy Prospekt" boyunca "Vosstaniya Meydanı"ndan "Saray Meydanı"na gedən ictimai nəqliyyatın hərəkəti dayandırılıb. SİA kommersant.ru saytına istinadən xəbər verir ki, bu barədə nəqliyyat üzrə komitədən bildirilib. Şahidlərə istinadən xəbər verilir ki, mərkəzdə, "Nevskiy Prospekti"nə bitişik küçələrdə kediş-gəliş, trafik bağlanıb. Xatırladılır ki, müxalifətçi Aleksey Navalnının tərəfdarları bu gün etiraz aksiyaları planlaşdırmayib.
Məlumatda bildirilir ki, şəhərin mərkəzində Rosqvardianın avtomobilləri növbə çəkirlər. "Nevski Prospekti"nin piyadalara aid hissəsində də sədlər qurulub. Yolların bağlanmasının səbəbləri məlum deyil. Müxalifətçi Aleksey Navalnının regional qərargahının koordinatoru Leonid Volkov əvvəllər 6 və 7 fevral tarixlərində siyasətçini dəstəkləyən mitinqlərin planlaşdırılmadığını bildirmişdi.
Həmçinin qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Baş İdarəsi, yolların bağlanması ilə bağlı şərh verməkdən imtina edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə