Ermənilər Qarabağda yaşamaq istəmir - KÖÇ

Ermənilər Qarabağda yaşamaq istəmir - KÖÇ

44 günlük müharibə zamanı Dağlıq Qarabağdan Ermənistana qaçan ermənilərin xeyli hissəsi Rusiya sülhməramlılarının birbaşa təşkilatçılığı ilə avtobuslarla geri qaytarıldı. Təbii ki, bu geridönüm ermənilərin torpaq sevgisindən, vətənpərvərliyindən qaynaqlanmadı. Bu, proses birbaşa Rusiya hərbi kontingentini Cənubi Qafqazda koordinasiya edən siyasi dairələrin ssenarisinə uyğun həyata keçirildi.

Yadınızdadırsa, mətbuatda Rusiyanın Qarabağda da Abxaziya, Cənubi Osetiya ssenarisini reallaşdırmaq niyyəti, guya ermənilərə Rusiya vətəndaşlığı veriləcəyi barədə əsassız şaiyələr yayılırdı.

Amma bunları reallaşdırmaq uğursuz oldu, erməni təbliğat maşını ilk döngədəcə "qəza" törətdi, xəyallar puç oldu. Budur, indi Qarabağda yaşayan ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana və Belarusa üz tutmağa hazırlaşırlar. Bu barədə xəbərlər həm Ermənistan mətbuatında, həm də digər qonşu ölkələrin mediasında tirajlanır.

Erməni mənbələri yazır ki, dekabrın 2-dən bəri Xankəndindən Ermənistana 34 mindən artıq erməni qayıdıb. Ermənilər Qarabağda yaşamaq istəmirlər. Onların məqsədi Ermənisanda da qalmaq deyil. Ermənistan ermənilərinin “karabaxneri” adlandırdıqları ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana və Belarusa üz tuturlar.

Bir sözlə, Ermənistandan Qarabağa yox, Qarabağdan Ermənistana erməni köçü var.

Bütün xəbərlər Facebook səhifəmizdə