Leyla Yunus riyakarlığı, qərəzliyi – “siyasi məhbus” reketçiliyi

Leyla Yunus riyakarlığı, qərəzliyi – “siyasi məhbus” reketçiliyi

Yaxud 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı niyə siyahı tutmurdu?

Çünki Leyla Yunus üçün əsas «pul qazanmaqdır». Məhz bu səbəbdən də yenə də başlayıb “siyasi məhbus” reketçiliyinə və elə tərtib etdiyi siyahıda da rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Budur, Leyla Yunusun erməniliyi. Başqa cür də ola bilməz. Çünki illərdən bəri “demokratiya, insan hüququ” desə də, demokratiyanın nə olduğunu hələ də anlamayan Leyla Yunus üçün Vətən məfhumu yoxdur. Onun hikkəsi, qisasçılıq hissləri aman vermir ki, ədalətli olsun. Ona görə ildə azı iki dəfə kimsə tapmayanda terrorçuları, vətənə xəyanətdə ittiham edilənləri siyahısına salaraq onların işində siyasi motiv eşələyir. Bu gün belələri nə qədər ciddi-cəhdlər göstərsələr də, Leyla-Arif yunuslar tarixdə satqın kimi qalacaqlar. Çünki ermənipərəst Leyla-Arif “hüquq müdafiəçiləri” hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçınılmaz sübutdur ki, ilk gündən Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıblar. Çünki azərbaycanın hər bir uğuru, qələbəsi onların erməni iyi vermiş cəmdəklərindən elə qoxuyur ki, lap donuz iyi verir. Düşmən Ermənistan mətbuatı da üfunətli bu virusları daim Leyla Yunusu müdafiə edir. O da təsadüfi deyil ki, Leyla Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (Deyək ki, Soljenitsının - R.H.) dəst xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır. Çünki Azərbaycan ictimaiyyəti, sağlam düşüncəli insanlar Leyla və Arif Yunusların qaranlıq əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə bəraət qazandıra bilməz. Haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək, düşünmək kifayətdir.

Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini

Göründüyü kimi, həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı "siyasi məhbus" alverçisi Leyla və Arif Yunusların bu gün Azərbaycana qarşı hər cür böhtanlarına dəstək olması onlar üçün "göydəndüşmədir". Və bir məqamı da untmampaq lazımdır ki, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən bu o L.Yunusdur ki, Yunus-Barseqyanın milli mənsubiyyətini bildirən pasportunda «azərbaycanlı» yazılsa da, bu erməni «gəlini» təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır.

Bu yerdə sual yaranır: Leyla Yunus kimilərin Azərbaycan dövlətinə və xalqına bu qədər kini, küdürəti və nifrəti nədən irəli gəlir? Elə fikirləşir ki, fürsətdir, bu vəziyyətdən təzyiq kimi istifadə etmək lazımdır. Qarabağ zəfərindən sonra beynəlxalq “Dostluq” sazişi, ardınca Leyla Yunusun siyasi məhbus siyahısı. Xaricdə yaşayan Leyla Yunus pul qazanmaq üçün ancaq bu yolla gedə bilər – “siyasi məhbus” reketçiliyi ilə yenə köhnə fəaliyyətini bərpa etməlidir. Və bu gün sosial şəbəkələrdə “Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” adlı, necə deyərlər göydəndüşmə “təşkilatda” guya ölkəmizdə 146 nəfər “siyasi məhbusun” olduğunu yayıb.

O zaman maraqlıdır ki, ölkəmiz 44 günlük müharibə ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı niyə siyahı tutmurdu? İnanırıq ki, bu gün iki dövlət - Azərbaycan-Türkmənistanla bağlanan “Dostluq” adlanan zəfər sazişilə də bağlı Leyla Yunusun yenə də saxta bir siyahısı meydana çıxması heç də təəccüb doğurmayacaq. Budur, Leyla-Arif yunusların xisləti, riyakarlığı, erməniliyi.

Ümumiyyətlə, bir kəsdə ki, Vətən sevgisi yoxdur, ondan hər şey gözləmək olar. Daim xarici anti-Azərbaycan qüvvələrin maliyyələşdirdiyi layihələrin icrası ilə yalançı “siyasi məhbus” siyahıları hazırlayaraq, dövlətin beynəlxalq nüfuzuna kölgə salmaq bu satqının qanındadır. Və bununla “siyasi məhbus” alverçisinin, guya Azərbaycan xalqına canıyananlıq etmək cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir və təpədən-dırnağadək daşnak ruhuna xas, “siyasi məhbus” alverçisi Leyla-Arif Yunuslar, eyni ilə Xədicə İsmayılov, Rauf Mirqədimov kimilər satılıb və satmaqa adət ediblər. Və bu gün həyasızcasına Leyla Yunus “bizim adımızı tarixdən silmək mümkün olmayacaq” tipli bəyanatlar verməklə anlamır ki, onların adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

Bu gün isə, Azərbaycanın yeni Şanlı Qələbə Tarixi - Zəfər salnaməsinin şanlı 44 günü yazıldı. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır.

Və bu gün Leyla-Arif Yunuslar, Xədicələr, Rauf Mirqədimovlar onu da bilməlidir ki, nə çıxardığı kitab, nə dəstək olduğu AŞPA-nının "siyasi məhbus" oyununa dəstək olmaqla heç nəyə nai olmayacaq.

Çünki Azərbaycanın yeni şanlı zəfər tarixini Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi!

Belə qərəzləri yaradan məxluqlar, özləri insanlıqdan kənar olan, mənşələri bilinməyən satqınlara artıq qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdırlar!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə