“Vətənin Qurtuluşu Hərəkatı” Ermənistanın məhkəmə sistemindəki bəzi qanunvericilik dəyişikliklərinə etiraz edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan polisi etirazçıları parlament binasının qarşısından qovmağa çalışıb.
Məlumatda qeyd olunur ki, çərşənbə günü səhər "Vətənin Qurtuluşu Hərəkatı" nın tərəfdarları, Milli Məclisə toplantısının planlaşdırıldığı "Ermənistan Respublikası Məhkəmə Məcəlləsində dəyişiklik və əlavələr edilməsi haqqında" qanun layihəsinin müzakirəsini ləğv etmək tələbi ilə toplaşıb və etiraz aksiyası keçiriblər. Bildirilir ki, polis artıq bir neçə aktivisti saxlayıb. Polislə vaxtaşırı toqquşmalar olub və hətta davalar da müşahidə edilib.
Vətəndaşlar, "Nikol xaindir!", "Polis xaindir!" şuarları ilə çıxış ediblər.
Təhlükəsizlik qüvvələri isə, Baqramyan prospekti boyunca trafiği bərpa etmək üçün insanları yenidən səkilərə tərəf itələməyə çalışıblar.
İştirakçılar binanın qarşısında, üzərinə “Xain” yazılmış millət vəkilləri fotoşəkillərini, vərəqələri səpələyir, bu vərəqələr və fotoşəkillərlə yanaşı özləri ilə gətirdikləri peyin topalarını hasardan içəri, Milli Məclisin ərazisinə atıblar.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən etibarən Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər və yürüşlər start götürüb. Bir sıra müxalifət qüvvələri müvəqqəti hökumətin başçısı vəzifəsinə vahid namizəd - Ermənistan İctimai Şurasının keçmiş sədri Vazgen Manukyanı irəli sürüblər. Ölkədə müxalif “Vətənin Qurtuluşu Hərəkatı” yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB