Ermənilər 30 ildir minalar düzüb və xəritəsini də vermir” İqor Korotçenko

Rusiyanın nüfuzlu hərbi eksperti, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, “Pravda” qəzetinə verdiyi şərhində Qarabağda minalanmış sahələrin təmizlənməsindəki çətinliklərdən danışıb. Ekspert deyib ki, bu çox ağır və çətin iş olduğu üçün minaların təmizlənməsində yardımın göstərilməsi ilə bağlı istənilən humanitar təşəbbüslər hazırda Azərbaycan üçün vacibdir.

“Ermənilər yüzlərlə kvadrat kilometri keçilməz mina sahələrinə çeviriblər. Bu problemlə məşğul olmaq lazımdır! İrəvan minalanma xəritələrini nə Rusiya sülhməramlılarının, nə də Azərbaycanın əlinə ötürür. Bu şərtlərdə Azərbaycan istənilən ölkədən istənilən köməyi qəbul etməyə hazırdır. Rusiyalı sülhməramlıları da minalardan təmizlənmədə iştirak edir”- Korotçenko bildirib.

Ekspert bu prosesin uzun çəkə biləcəyini bildirib: “Ermənilər 30 ildir mina qoyur, orada yaşamaq mümkün deyil. Bu problemin həlli on illər çəkə bilər. Bu, Ermənistanın işğal olunmuş əraziyə münasibətdə siyasətinin humanitar miqyaslı problemidir".

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...