"ABŞ və Fransa siyasi cəhətdən Ermənistanı tam müdafiə edir" POLİTOLOQ RƏYİ

“ABŞ prezidenti Con Baydenin Qarabağ məsələsində Azərbaycana təzyiq edəcəyi gözlənilir. Xüsusilə dövlət katibi E.Blinkenin Azadlığa dəstək aktı olan "907-ci" düzəlişə uyğun olaraq sanksiyaları bərpa edəcəyi mümkün ola bilər. C. Bayden administrasiyası erməni lobbisi ilə sıx əməkdaşlıq edir və Qarabağ məsələsində "status" qaldırmaq və Azərbaycana təzyiqlər edərək siyasi münasibətlərin pozulmasına gətirə biləcək addımlar atması, regionda Vaşinqtonun mövqeyini zəiflədəcək və ümumiyyətlə Qarabağ üzərindən Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdləri fiaskoya uğrayacaq”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, yeni adminstrasiyanın dövlət katibi Entoni Blinkenin Ermənistanın təhlükəsizliyi və Qarabağ məsələsi ilə bağlı açıqlamaları göstərir ki, bununla bağlı qarşı tərəfə maliyyə yardımı, siyasi dəstəyi birbaşa ermeni separtizminə açıq dəstəyidir: “Bununla da Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin normallaşdırılmasının qarşısını ala bilər. Çünki Vaşinqton "status" məsələsini ortaya atacaqsa, Yerevana prosesdə dəstək verəcəksə, Azərbaycan və Türkiyə ilə əlaqələrə zərbə vurmaqla yanaşı, ABŞ-ın milli maraqlarını erməni lobbisinin maraqlarına satacaq. ABŞ rəsmilərinin açıqlamaları, məhz bunu göstərir.

ABŞ-ın təsiri Cənubi Qafqaz strategiyası zəifləyib, bu addımı atmaqla bütövlükdə Gürcüstan siyasətinə də mənfi təsir edəcək. Artıq ABŞ-ın Qarabağ üzərindən Türkiyə və Azərbaycan kombinasiyasına təsiri müsbət effekt verməyəcək. Əgər, Ermənistan rəhbərliyi Vaşinqtona arxalanıb, Azərbaycana təzyiqlərin ediləcəyi nəticəsində hər hansı bir güzəşt əldə edəcəkləri mümkün deyil. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin olması, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu ümumiyyətlə Yerevan Vaşinqton əməkdaşlığını indidən perspektivsiz edir.

Göründüyü kimi, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün indiki situasiyada hərbi əməliyyatlara başlasaydı, Vaşinqtonun ciddi sanksiyaları ilə üzləşəcəkdi. Demək, bundan sonra Minsk qrupuna qayıtmaq və hər hansı bir status məsələsini müzakirə etmək Azərbaycanın əleyhinədir. C.Bayden administrasiyası birbaşa Qarabağdakı ermənilərə müstəqillik tələb edə bilər.

Minsk qrupunun üç həmsədr dövləti ABŞ və Fransa siyasi cəhətdən Ermənistanı tam müdafiə edir. Azərbaycana qarşı əks mövqe tuturlar. ABŞ Azərbaycan əlaqələri B. Obama dövründə olduğu kimi davam edəcək. Əgər, regionda Azərbaycanla əməkdaşlığa üstünlük verəcəklərsə, Mərkəzi Asiyada strateji siyasətini həyata keçirəcək. Əks təqdirdə regiondan indiki kimi uzaq duracaq. Qlobal siyasətin tərəfdarı olan C. Bayden ilk gündən erməni lobbisinin şıltaqlığına məruz qalmaqla Cənubi Qafqaz siyasətini fiaskoya uğratmaqla, Rusiyanın mövqeyini gücləndirməyinə şərait yaradır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...