Deputat Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşüb FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən "Tək Millət, Tək Ürək" Hümanitar Platforması çərçivəsində Azərbaycana səfər edən qardaş Türkiyənin dövlət adamları, millət vəkilləri, elm, təhsil, mətbuat və ictimai sektordan olan insanların təmsil olunduğu böyük nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş çərçivəsində Azərbaycan-Türkiyə münasibətləri, bu əlaqələrin inkişafında qeyri-hökümət təşkilatlarının və parlamentarilərinin xüsusi rolu, eyni zamanda iki qardaş ölkənin dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi qardaşlıq münasibətlərinin inkişafı ilə bağlı həyata keçirilən lahiyələr istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ​ platforma çərçivəsində 2021-2022 ci il şəhid və qazi ailələrinin, onların yaxınlarının Türkiyədə pulsuz təhsillə təmin olunması mövzusunda geniş müzakirələr aparılıb, bu istiqamətdə ortaq razılıq əldə edilmişdir. Görüşün sonunda, "Tək Millət, Tək Ürək" ​ Hümanitar Platformasının Baş kordinatoru, Millət vəkili Ramil Həsən şəhid və qazi ailələrinə Türkiyədən göstərilən hər tərəfli dəstəyə görə nümayəndə heyətinə səmimi təşəkkürünü bildirib. Millət vəkili bu cür humanist təşəbbüslərin davamlı olması üçün nümayəndə heyətinə qarşılıqlı əlaqələrin genişlənməsinin önəmini vurğulayıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə