Ermənistan Parlamentinin növbədənkənar iclası toplanır

Ermənistan parlamenti cümə günü növbədənkənar fövqəladə iclas üçün toplanıb və iclasın gündəmi Ali Məhkəmə Şurası üzvlərinin seçilməsidir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyanın qeyd etdiyi kimi, qanuna görə "Mənim addımım" fraksiyası Ali Məhkəmə Şurası üzvlüyünə iki namizədini, Qaqik Çangiryan və David Xaçaturyanı təqdim edib.
Qeyd olunub ki, hər iki namizəd parlament tərəfindən təsdiqlənməlidir.
Məlumatda qeyd olunur ki, parlamentdən kənar müxalifət qüvvələri onların təyinatına qarşı çıxıblar və bununla əlaqədar olaraq parlament binasının qarşısında etiraz aksiyası keçirilir. Etirazçılar qeyd edirlər ki, bu təyinatla hakim qüvvə məhkəmə sistemini nəzarətə götürmək niyyətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...