"Dünya birliyi əsil erməni kimliyini görməlidir” ÖZƏL-MÜNASİBƏT

"Ermənilərin həyata keçirdiyi bütün cinayətlərə, o cümlədən ekoloji cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsi vacibdir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, Qarabağın işğaldan azad olunmuş bölgələrinin radioaktiv çirklənmələrdən təmizlənməsi və torpaqların kimyəvi tərkibinin müəyyənləşdirilməsi üçün analiz aparılması olduqca zəruri məsələdir: "Ötən əsrin 70-ci illərində Ermənistan ərazisində tikilmiş Metsamor AES-n radioaktiv tullantıları dəmir yolu vasitəsilə Rusiya Federasiyasina daşınırdı. 1988- ci ilin zəlzələsindən sonra həmin stansiya beynəlxalq komissiya tərəfindən ətraf mühit üçün təhlükəli hesab olunaraq bağlandı. 1995-ci ildə Ermənistan hökuməti beynəlxalq sanitar-ekoloji normaları pozaraq stansiyanın fəaliyyətini bərpa etdi. Əsas səbəb kimi ölkədə kəskin elektrik enerjisinin çatışmazlığı göstərilsə də, məqsədləri beynəlxalq təşkilatları şantaj etməklə, maliyyə yardımlarının alınmasına nail olmaq idi.

Hər kəsə məlumdur ki, Azərbaycan torpaqlarının işğal faktoruna görə, Ermənistanla nəqliyyat-kommunikasiya xətləri kəsildi və radioaktiv tullantıların əvvəlki qaydada Rusiyaya daşınmasında ciddi problemlər yarandı. Beynəlxalq ekoloji təşkilatların məlum təzyiqlərindən sonra qərara alındı ki, tullantıları Ermənistan ərazisində basdırsınlar. Yerli əhalinin və ekoloqların çoxsaylı təzyiqləri nəticəsində bu variant da uğur qazanmadı. Ehtimal olunur ki, həmin tullantılar Qarabağın işğal olunmuş torpaqlarında basdırıla bilər. Çünki ayrı-ayrı illərdə mətbuatda bu barədə xeyli yazılar dərc olunmuşdur. Azərbaycan hökuməti, şəxsən Prezident İlham Əliyev BMT, Avropa Şurası Parlament Assambleyası və bir çox beynəlxalq təşkilatlarda Metsamor AES-n region üçün ekoloji fəlakət olduğu, heç bir texniki-sanitar-ekoloji normalara uyğun gəlmədiyi barədə xəbərdarlıqlar etmişdir.

Ermənilərsə, bütün bu çağırışlara məhəl qoymayaraq cinayətkar fəaliyyətlərini davam etdirmişlər. Son 30 il ərzində işğal etdikləri ərazilərdə Azərbaycan tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, təbiətinə, ekologiyasına vurduqları zərər, şəhərlərin, kəndlərin yerlə-yeksan olunması bir daha göstərdi ki, bütün insani dəyərlər bu millətin xislətinə yaddır. Ona görə də nəinki, radioaktiv tullantıların Ağdərədə və digər bölgələrdə basdırılmasını, onlardan hər şeyi gözləmək mümkündür. İşğal dövründə Dağlıq Qarabağ və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş bütün cinayət xarakterli məsələlərlə əlaqədar hüquqi prosedurlar aparılmalıdır. Haaqa və Cenevrə konvensiyalarının müddəaları əsas götürülərək beynəlxalq məhkəmə qarşısında iddialar qaldırılmalı və ifşa olunmalıdırlar. Dünya birliyi əsl erməni kimliyini görməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə