“Aysor”: “Putin erməni xalqını qələmi kimi idarə edir” ETİRAF

“Putin istənilən normal siyasətçi kimi hər zaman öz ölkəsinin maraqlarını önə çıxarır. Əgər bu maraqlar ermənilərin maraqları ilə üst-üstə düşəcəksə lap yaxşı, yox, onda bağışlayın”. SİA xəbər verir ki, bu barədə ermənilərin “Aysor” nəşri yazır.

Erməni nəşri davam edir: “Əgər baş nazirin “Vətəndaş sazişi” partiyasının spikeri Vaaqn Aleksanyan “Mənim addımım” fraksiyasını səsli-küylü şəkildə tərk etmiş deputat Sofiya Ovsepyanı “Nikol rükzakı” (bel çantası) ilə bərabərləşdiribsə, onda biz də eyni halda və bənzər ruhda Paşinyanın özü ilə Putinin qələmi arasında paralellər apara bilərik”.

Nəşr yazır ki, Paşinyan susqun halda Putinin “Türkiyə-Azərbaycan tandeminin diplomatik bazarında” (erməni saytı belə yazır – R.R.) toxunduğu bütün razılaşmalara imza atır və bu razılaşmaların hər zaman Ermənistanın maraqları ilə üst-üstə düşməsi də fakt deyil.

Analitik yazıda bildirilir ki, məhz Putin tələm-tələsik şəkildə Azərbaycanın Stepanakertə (Xankəndinə) hücumunu dayanndırmağa nail oldu və bir az da getsəydi rusların Bakıya “təsiri” (“Aysor”-R.R.) sıfır həddinə çatacaqdı.

“...Və nəhayət, məhz Putin hərbi əsirlərin dəyişdirilməsi üçün danışıqlar aparır, çünki gərginliyin dərəcəsini azaltmaq və düşmənçilik edən tərəflər arasında etibarlılıq atmosferini yoluna qoymaq vacibdir”, deyə yazan “Aysor” rəsmi Bakının qətiyyətinin mövcudluğuna toxunur və Paşinyandan fərqli olaraq geriyə addım atmayacağını qeyd edir.

Sayt Putinin erməni xalqını qələmi kimi idarə etdiyi kimi idarə edəcəyini yazır və bildirir ki, belə bir hal qələmin sonuncu mürəkkəb damcısı bitənə qədər davam edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə