Paşinyanın ailəsi Moskva restoranlarında öz kefindədir ŞOK FAKTLAR

Paşinyanın ailəsi “Köhnə Yeni İli” Moskva restoranından birində qeyd edir. SİA Ermənstana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Mediaport Telegram kanalı bir video yayımlayaraq informasiya ötürüb.

İnformasiyada qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan və qızları “Köhnə Yeni İli” Moskvadakı Puşkin restoranında qeyd edirlər. Bildirilir ki, avtomobillər restoranın girişində dayanıb və Akobyanı çox sayda təhlükəsizlik işçisi, habelə Nikol Paşinyanın həyat yoldaşına xidmət edən Rusiyadakı bütün Ermənistan səfirliyi müşayiət edir. Bundan əvvəl, eyni mənbə, baş nazirin ailəsinin yeni bir mənzil axtarmaq üçün Moskvaya gəldiyini bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə