Erməni fəal: "Onları ən axrıncı ifadələrlə təhqir etməklə, lənətləməklə işləməyə məcbur edə bilmərik" İNAD

Erməni fəal: "Onları ən axrıncı ifadələrlə təhqir etməklə, lənətləməklə işləməyə məcbur edə bilmərik" İNAD

İkinci Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin valideynləri və qohumları inzibati məhkəmələrə müraciət edərək, hakimiyyətin fəaliyyətsizliyi ilə bağlı şikayətlərini bildirməkdə davam edirlər. SİA xəbər verir ki, bu barədə erməni ictimai fəalı Arsen Qukasyan ötən gün “Facebook” sosial şəbəkəsində çıxdığı canlı yayımda bildirib. O, valideynlərin şikayətlərini xatırladaraq bildirib ki, həmin tərəflər sona qədər tələblərini davam etdirəcəklər. Belə ki, valideynlər bildirirlər: “Onlar (hakimiyyət) bizi aldadır və süründürməçilik edərək, yorulmağımızı, bezməyimizi istəyirlər, həmçinin veriləcək bəzi kompensasiyalar müqabilində dilimizi qarnımıza qoyacağımızı düşünürlər”.

Qarabağda öz doğma qardaşını və daha bir yaxın qohumunu da iki aydan çoxdur ki, axtardığını deyən Qukasyan bildirib ki, bir sıra itkin düşmüş, yaxud əsir olmuş, eləcə də ölmüş əsgərlərin tapılması onların dirəniş və inad göstərmələrinin nəticəsidir. “Bu gün biz anlayırıq ki, öz kürsülərindən bərk-bərk yapışan məmurlara fiziki güc tətbiq etməklə, onları ən axrıncı ifadələrlə təhqir etməklə, lənətləməklə işləməyə məcbur edə bilmərik”, deyən erməni ictimai fəalın sözlərinə görə, o və həmfikirləri sona qədər mübarizə aparacaqlar. “Biz hərbi məmurları, müstəntiqləri, eləcə də bütün bunları gizlədən hökuməti məsuliyyətə cəlb olunmaları üçün hər şey edəcəyik”, Arsen Qukasyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə