Bakıda türkiyəli alimin “Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının təqdimat mərasimi keçirilib
Bakıda türkiyəli alim Mehmet Perinçəkin "Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi" ("Armyanskiy vopros v 120 dokumentax iz rossiyskix qosudarstvennıx arxivov") kitabının təqdimat mərasimi keçirilib. SİA -nın məlumatına görə, təqdimat mərasimində çıxış edən müəllif kitabın ərsəyə gəlməsi üçün Rusiya arxivlərində 10 ilə yaxın çalışdığını və uydurma "erməni soyqırımı" ilə bağlı iddiaların tamamilə əsassız olduğunu sübuta yetirdiyini deyib: "Əvvəla sənədlərdən bəlli olur ki, 1915-ci ildə baş verənlər qarşılıqlıdır. Bir tərəfin digərini qırması deyil. İkincisi, baş verənlərin kökündə Osmanlı dövlətini çökdürmək dayanırdı. Üçüncüsü, Türkiyənin bu məsələdə mövqeyi, yəni erməni cəza dəstələrinə münasibəti Türkiyəni bölməyə çalışan ölkələrin ordularına olan münasibətdən fərqli deyildi. Türkiyə sadəcə müdafiə olunurdu. Sovet dövründə Ermənistanda saxlanan sənədlərin bir çoxu Moskva və Peterburq arxivlərinə aparılıb. Ona görə də erməni sənədləri ilə rus arxivlərində tanış olmaq mümkündür. İstər çar Rusiyası, istərsə də sovet Rusiyası Qafqazda və Türkiyədə baş verən hadisələrdə şahidlik edən əsas dövlətlərdən biridir. Türkiyə və Azərbaycan araşdırmaçıları Ermənistan arxivlərində çalışa bilmədiyindən erməni məsələsi ilə əlaqəli faktları Rusiya arxivlərində tapmaq mümkündür. Bu faktlar təbliğat xarakterli deyil, yalnız tarixi gerçəkləri sübut edir".
M. Perincek bildirib ki, apardığı araşdırmalardan sonra erməni məsələsi ilə bağlı üç əsas nəticə əldə edib: "1915-ci ildə Türkiyədə yaşanan olaylar heç cür soyqırımı kimi qiymətləndirilə bilməz. Bu, qarşılıqlı qırımdır. Qərb imperialist dövlətləri Osmanlı imperiyasını, Türkiyəni bölmək üçün erməni məsələsindən istifadə ediblər. Türkiyə erməni basqılarına qarşı özünü müdafiə edib".
Müəllif Rusiya arxivlərində ermənilərin Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri qətliamlarla bağlı çoxlu faktlar olduğunu da söyləyib. Rus arxivlərində araşdırmanın nəticəsi olan "Erməni məsələsi" kitabından nümunələri jurnalistlərə təqdim edən Mehmet Perincik onu da bildirib ki, həmin illərdə baş verənlərə Rusiya daha yaxın idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB