"Türkiyə müdafiə naziri Hulusi Akarın yeni ildə Azərbaycana gəlməsi iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığı daha da inkişaf etdirmək, həmçinin son günlər Rusiya hakimiyyətinin Azərbaycana qarşı Dağlıq Qarabağda təzyiqlərini neytrallaşdırmaq və xüsusilə Xocalı aeroportunun açılmaması üçün bu məsələdə birgə çıxış etməkdir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
"Göründüyü kimi V. Putin imza atdığı üç tərəfli Bəyannamədə öhdəlikləri yerinə yetirmir. Nikol Paşinyan isə imza atdığı öhdəliklərə uyğun olaraq Azərbaycanla sərhəddin müəyyənləşdirilməsini həyata keçirir, status məsələsini kənara qoyub, Azərbaycan ərazilərindən silahlı qüvvələrini geri çəkib. Narazı erməni cəmiyyətinə "sərhədlərimizə çəkilirik"- açıqlamasını verir. Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasına çalışır. Rusiya prezidenti V.Putin isə Nikol Paşinyan kimi öz imzasına hörmət etmədi. Rusiya prezidenti V.Putin imza atdığı öhədliklərə uyğun olaraq silahlı erməni birləşmələrini bu ərazilərdən çıxarmadı. Rusiya "sülhmərmalı" adında hərbiçiləri vasitəsilə Ermənistan ərazisindən yeni silahlı erməni birləşmələri gətirir. Separtçıları qoruyur və onların "statusunu" gündəmə gətirir. Azərbaycan hərbiçilərinə qarşı diversiya və təxribatların həyata keçirilməsi üçün erməni yaraqlılara Rusiya "sülhmərmamlı" qüvvələri təlim keçir.
Rusiya Dağlıq Qarabağda sülhün təminatı deyil, erməniləri müdafiə edərək, Azərbaycan köçkünlərinin geri qayıtmaması üçün erməni silahlı birləşmələrini bu ərazilərdə yerləşdirir və yeni səngərlər qazılır və döyüş postları yardılır. Ötən gün separatçıların rəhbəri Arayik Arutunyan yeni döyüş postları və səngərlərə baş çəkdi. Bu, Rusiya sülhməramalı qüvvələrinin himayəsi ilə həyata keçirilir.
Arayik Arutunyan və Vitali Balasanyan artıq göstərişi Yerevandan deyil, Kremldən alır. İki şəxs Azərbaycana qarşı yeni müharibə və yeni ordu qurulacağını vurğulayır. Təbii ki, onlar Rusiya rəhbərliyinə arxayın olub belə avantürüst fikirlər ortaya qoyur.
Rusiya hakimiyyəti burada separatizmi dəstəkləyir və onları Azərbaycana qarşı gücləndirir. Belə olan təqdirdə Türkiyə Azərbaycanda öz hərbi personalı ilə qalıcı olacaq. Qarabağda öz hərbi qüvvələrini gücləndirməklə, Azərbaycan hərbiçiləri ilə birgə xidmət aparacaq. Rusiya isə Azərbaycan və Türkiyə əvəzinə, həmçinin bu ölkənin geosiyasi maraqlarını terrorçu Arayik Arutunyan və Vitali Balasanyanla əvəz edib. Qoy əvəz etsin. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı R. T. Ərdoğan onların bu planını da pozacaq. Regionda Türkiyənin mövqeyi güclənəcək. Rusiya kiçik bir ərazidə ermənilər vasitəsilə heç bir uğura malik olmayacaq"-deyə, politoloq fikrini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB