Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət zamanı liderlər arasında qarşılıqlı yeni il təbrikləri olub. Bildirilir ki, liderlərin telefon danışığında yeni ildə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlərdə əməkdaşlığın gücləndirilməsində qərarlılıq vurğulanıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB