Hadrutun separatçı sabiq “meri” silahlı diversiyanı ört-basdır edir "Mühasirədə idilər"

Hadrutun separatçı sabiq “meri” silahlı diversiyanı ört-basdır edir "Mühasirədə idilər"

Hadrut rayonun sabiq separatçı “meri” Vaan Savadyan Xocavənd rayonunun Tuğ kəndi yaxınlığında baş vermiş erməni təxribatı ilə bağlı öz versiyasını irəli sürüb. SİA xəbər verir ki, bu haqda “Sputnik Armeniya” yazır.

Onun sözlərinə görə, mövcud ərazidə hazırkı vaxta qədər “müdafiə ordusunun” ayrı-ayrı həbri qulluqçuları qala bilərdilər və onlar çox yəqin ki, azərbaycanlıların mühasirəsindən çıxmağa cəhd göstəriblər. Məhz bu vasitə ilə aşkar diversiya hadisəsini ört-basdır etməyə çalışan Savadyana görə, onda hələ ki, hadisə ilə bağlı tam və etibarlı informasiya yoxdur, lakin erməni hərbçilərini oradan yalnız Rusiya sülhməramlıları vasitə ilə mühasirədən çıxarmaq olar.

Xatırladaq ki, üçtərəfli bəyannamənin şərtləri sırasında 4-cü bənd mövcuddur və həmin bənddə açıq-aydın bildirilir ki, Qarabağda bir nəfər də olsun erməni silahlısı qalmamalıdır.

Lakin buna baxmayaraq, ötən gün baş vermiş atışma nəticəsində bir nəfər Azərbaycan hərbi qulluqçusu şəhid olub, digəri isə yaralanıb. Erməni diversiya qrupunun altı nəfərlik heyəti isə tam şəkildə zərərsizləşdirilərək məhv edilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə