“Hətta Ararat belə - sadəcə konyakdır, dağ isə orada, Türkiyədədir” Korotçenkodan ilginc rəy

“Hətta Ararat belə - sadəcə konyakdır, dağ isə orada, Türkiyədədir” Korotçenkodan ilginc rəy

“Ermənistanda – İrəvandır, İrəvanda-meydandır, ermənilərə sərf etməyən Nikol Paşinyandır. Qısaca desək, Ermənistanın paytaxtındakı yeniilqabağı situasiya belə təsir bağşlayır”. SİA xəbər verir ki, bunu Rusiya politoloqu İqor Korotçenko mövzu ilə bağlı fikirlərini şərh edəkrən deyib.

Onun sözlərinə görə, elan edilməmiş 30 illik müharibədəki məğlubiyyət bu zaqafqaziya respublikasının əhalisi üçün ekzistensial cəngələ dönüşüb – Kosova (ya da Serbiya) ssenarisini üzərlərində ölçmək istəyi hələ ki, tapılmayıb, Paşinyanı isə laxlatmaq olar.

Politoloq: “Erməni böhranı –həyata keçirilməmiş ambisiyaların növbəti göstəricisidir”

SİTAT: “Hələ yayda burada qorxulu heç nə yox idi, əvvəl-axır cənab Paşinyan özü də küçədən hakimiyyətə gələn adamdır. Qırğızıstanda bildiyimiz kimi belə bir mövcudluq ümumiyyətlə milli ənənəyə çevrilib. Ancaq 2020-ci ilin 22 dekabr tarixinədək Ermənistan ordusu demək olar ki, bütün havadan müdafiə sistemlərini, hərbi texnikasının bir qismini və döyüş ruhunu itirib, yerdə qalanı isə “çoxəsrlik inciklik” və qəzəbdir. Kimsə bu məsələdə günahkar olaraq tanınmalıdır – onda qoy bu adam Paşinyan olsun”.

Korotçenkoya görə, erməni böhranı –həyata keçirilməmiş ambisiyaların növbəti göstəricisidir.

“Millət Qarabağı itirməklə öz mövcudluğunu da itirmək dərəcəsinə çatıb. Müharibəyə qoyulan kartlar oynamadı, ermənilərdə isə başqa heç nə yox idi, hətta Ararat belə - sadəcə konyakdır, dağ isə orada, Türkiyədədir. Birini dəyişib, o birini yerləşdirmək sadə işdir. Ölkəni dəyişmək isə daha çətin məsələdir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə