Nikol, “məsuliyyətsizlik inqilabı” və bədbəxt Ermənistan TƏHLİL
Nikol Paşinyan və onun "məsuliyyətsizlik İnqilabı" Ermənistana ağır itkilər gətirdi. Küçə nümayişçısının baş nazir postuna can atması və həmin kresloya dırmaşması bədbəxt Ermənistan tablosunu dərhal yaratdı. Ola bilsin ki, həmin anlarda erməni cəmiyyəti bunun fərqində deyildi və görə də bilmirdi ki, bu hansı fəlakətlər deməkdir onlar üçün. Amma indi artıq fərqindədir. Fərqindədir ki, küçədən gələn bir yalançı, gopçu dövlət rəhbəri ola bilməz. Dövlət rəhbəri olmaq üçün dövlətçilik, idarəetmə təcrübəsi, liderlik qabiliyyəti, siyasi iradə və digər üstün keyfiyyətlər lazımdır, goplamaq, uydurmaq təcrübəsi yox.
Kütlə ola bilsin qısa bir zaman kəsiyində aldadıla bilər. Ola bilsin həmin qısa zaman kəsiyində kütləni hansısa bir hiyləgər hansısa bir səmtə yönəldə bilər. Amma, özü kor kimi həmin səmti görə bilməyən birinin yönəltdiyi istiqamət kütləyə heç də doğru yol ola bilməz. Qeyri-müəyyənlik heç zaman çıxış yolu olmayıb və ola da bilməz. Bunun tarix boyu müsbət nəticələr verdiyinin şahidi olan yoxdur. Çünki, aforizmdə də deyildiyi kimi, divar qurtarandan sonra kor necə, nəyin hesabına irəliləyə, yaxud hərəkət edə bilər axı?
Tarixdə yalançı pəhləvanlara, uydurma sərkərdələrə, müvəqqəti krllara, dövlət başçılarına çox rast gəlinib və aqibətlərinin də bədbəxtlik olduğu faktları danılmazdır. Yalan üzərində qurulan, pafos və populizmlə idarə olunan dövlət nəyin üzəridə dayanmalıdır? Dövlətlər iqtisadi qüdrətlərinə söykənərək, potensiallarına arxalanaraq ayaqda qalacaqlarına əmin olduqları halda Ermənistan Nikolun goplarına arxalanmalı idi, yoxsa əsassız, populist vədlərinə, yalanlarına?
Rudolf Erix Raspenin bir gopçu barədə, Baron Münhauzen adlı bir uydurmaçının sərgüzəştləri haqda yazdıqları yadıma düşür. Ədib bu əsərində qəhrəmanının həqiqətə uyğun olmayan fantastik təxəyyülünü ön plana çəkir və onun uydurmalarını oxucularına təqdim edir. Əslində hər bir hekayənin sonunda danışılan yalanın, uydurmanın mümkünsüzlüyü qənaəti aşılanır müəllif tərəfindən. Eyni zamanda diqqətə çatdırılır ki, belə yalanlarla nə vəziyyətdən çıxmaq mükündür, nə də bunun faydası ola bilməz. Amma görünür, erməni cəmiyyətinin Raspe haqda, onun bu yaradıcılığı barədə xəbəri olmayıb və öz xoşu ilə, istəyərək bir yalançıya inanmaq arzusunda olub. Belə baxanda bu biçarələr kimə inanmalı idilər axı? Guya ki, yalançı bir Paşinyan idimi? Bunların Sarkisyanları, Koçaryanları, Ter-petrosyanları guya ki, yalançı, avantürist deyildilər? Ermənilər sadəcə yağışdan çıxıb, yağmura düşdülər. Amma bu yağmur sel olub onları dərin quyuya daşıyıb apardı ki, buradan da çıxmalarının müşkül olduğunu indi hər biri yaxşıca başa düşür.
Ermənistan ictimaiyyəti hazırda "pozitiv" sözünü istifadə etməkdə belə çətinlik çəkir. Çünki, buna zərrə qədər ümii yoxdur. Nə ilə olsun axı? Bu ölkə rəhbərləri öz vətəndaşlrı üçün nə qoyublar? Hansısa qlobal layihə işlənib hazırlanıb, yoxsa hansısa layihədə iştirak etmək şansı verilib onlara? Bəlkə hansısa emal müəssisəsi tikilərək istifadəyə verilib? Yaxud, bu işğalçı ölkənin bəlkə hansısa xarici ölkə ilə hansısa iqtisadi əlaqələri qurulub, bizim xəbərimiz yoxdur? Bəlkə, heç olmasa kənd təsərrüfatı üçün müəyyən planlar, layihələr nəzərdə tutulub, biz bilmirik? Ya da turizm sahəsi üçün bəlkə hansısa investisiyalar yatırılıb, bundan ümumiyyətlə dünyanın xəbəri olmayıb? Əsla. Heç bir iş görülməyib. Nə Nikol, nə də ondan öncəkilər bu ölkə, bu ölkə vətəndaşları üçün heç bir iş görməyib. Aldadıblar yalnız. Torpaq qazandıqları ilə, özgəsinin olanı işğal yolu ilə mənimsəmələri ilə kütlənin başını doldurublar. İndi həmin kütlə, bunun da mənasız olduğunu gördükdə, hər şeyin əldən çıxdığının fərqində olduqda, necə deyərlər, quru yerdə qaldığını dərk etdikdə haqlı olaraq ölkədə partlayışlar yaratmağa meyilli olur. Sual oluna bilər ki, bəs bu kütlə, Ermənistan adlı ölkənin, heç bir perspektivi olmayan bir dövlətin vətəndaşları başlarına haranın daşını tökməlidirlər? Rusiyanın, yoxsa Qərbin? Bundan da məhrumdurlar. Şünki, rəhbərləri bu daşlardan da məhrum edib öz tayfasını. İndi axmaq və xain saydıqları Paşinyan bəzən cəsarətlənərək bəyan edir ki, dağıdılan ondan əvvəldən dağıdılmışdı və ondan əvvəl də erməni toplumu yalanlarla doyuzdurulub və tovlanıb. İndi müxalifətin baş nazir postuna namizəd olaraq təqdim etdiyi Vazgen Manukyan özü də vəziyyəti dəyişməyin mümkünsüzlüyünü açıq şəkildə bəyan edir və o zaman sual oluna bilər ki, bu halda erməni cəmiyyəti niyə rəhbərini dəyişmək niyyətindədir və bu namizədi irəli sürənlər nə iddiada ola bilərlər? Bəlli olmurmu ki, yenə də aldadılır erməni cəmiyyəti? Bir sözlə, Paşinyan nə birincidir, nə də sonuncu və bu yalançılıq, aldatma Ermənistanda dövlət siyasəti, eləcə də strategiya olaraq rəsmi şəkildə qəbul edilir. Bunu müharibə zamanı yalan informasiyaları cəmiyyətə çatdırmanın qəbuledilən olduğunu deyən siyasilər, hərbçilər də etiraf edirdilər ki, onlar üçün bu normal haldır. Hətta son döyüşdə informasiya tam 100 faiz yalan olaraq çatdırılıb.
Paşinyanın “məsuliyyətsizlik inqlabı” məhkəmə sistemini də hədəfə aldı bu ölkədə. Bu şəraitdən istifadə edən küçə nümayişçisi, əsl fırıldaqçı özündən əvvəlki hakimiyyətə qarşı repressiyalar həyata keçirməyə başladı. Əleyhində olan bütün fikir ayrılığı olanları aradan götürməyə, ən azından həb etməyə başladı. Kimsə dırnaqarası inqlabçıya bir kəlmə də qanunsuğu barədə deyə bilmədi. Söz azadlığı, ifadə azadlığı dərhal boğuldu. Müstəqillik deyilən bir məvhum bu işğalçı ölkənin qanunvericilik müstəvisində də qalmadı.
Ümumiyyətlə, nə qaldı Ermənistanda? Meydanlarda bar-bar bağıran və bağırtılarından öz qulaqları kar olan kütlədən, onun narazılığından, etirazlarından başqa nə qaldı? Hanı bəs onlara vəd olunan qızıl dağlar? İstər Nikol Paşinyanın, istərsə də ondan əvvəlkilərin verdikləri sözlər harda qaldı? Hanı Dağlıq Qarabağda qondarma yaradılan rejim? Harda tülkü kimi gizlənib Araik Arutyunyan? Necə oldu ermənilərə sırınan o dırnaqarası “yenilməz erməni silahlı qüvvələri”? Qaçıb aradan çıxan, silahları belə qoyub geri çəkilən həmin o dırnaqarası “yenilməzlər” harda qaldılar, hara çəkildilər, hara yox oldular, tülkü kimi kol-kosa dürtüldülərmi? Yaxud, hazırda yaşadığı kəndi guya tərk etməyəcəyini deyən erməni “igidi” İrəvan küçələrində nə gəzir indi? Deməli, onun da dedikləri yalan və məsuliyyətsiz sözlər olub.
Bu xalq, bu erməni toplumu məsuliyyətsiz iddialarla, mənasız və əsassız əfsanələrlə aldadılıb, özü də əsrlər boyu. “Böyük Ermənistan” deyərək, dənizdən dənizə xalyasını ortaya atanlar özləri də bilirdilər ki, bu toplum, bu qqaraçı tayfası mövcudluğu tarixində heç zaman dənizi gözü ilə belə görməyib. Sevan adlandırdıqları və əslində bizə, Azərbaycana məxsus Göyçə gölündən başqa bir dənə də dəryaça kənarında məskunlaşmayıblar. Onların bu “dənizdən dənizə“ cəfəngiyyatları bütün varlıqlarını dənizin, hətta okeanın dərinliyinə batırmaqdadır.
Ola bilsin, hansısa zamanlarda vaxtaşırı “qızışan” ermənilər, hansısa türk obalarında törətdiklərini də özləri “inqlab” hesab ediblər, elə Paşinyanın özü kimi. Amma, sonda bu “qızışma” onlara eynilə ötən əsrin əvvəllərində olduğu kimi, sonuncu Qarabağ savaşında olduğu kimi baha başa gəlib. Yəni işğalçı, yerrorçu toplumun bu əməlləri ancaq “məsuliyyətsizlik inqlabı” hesab oluna bilər və sonunda ölkələrinə bədbəxtliklər gətirdiyi hər zamanda öz təsdiqini tapıb. Bu gün də Nikolun inqlab adlandırdığı həmin o iki il yarım bundan öncəki xaosun bədbəxt Ermənistan tablosunu ortaya qoyduğu günün reallığıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB