Qasparyan Paşinyanın əmrindən imtina etdi "Hraparak" qəzeti yazır

Qasparyan Paşinyanın əmrindən imtina etdi "Hraparak" qəzeti yazır

Ermənistandakı 1 mart hadisəsində Robert Köçəryana qarşı irəli sürülən ən mühüm ittiham, onun təlimatı ilə siyasi proseslərə nəzarət etmək üçün əsgər köçürməsinin təşkil edilməsi olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

“Müdafiə Nazirliyindəki etibarlı mənbəmizin verdiyi məlumata görə, bir neçə gün əvvəl Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq ordunun xəbərdar edilməli və əmri ilə şəhərə göndərilməli olduğunu söyləyib. Onik Qasparyan nəyə görə sualı ilə ondan soruşub. Paşinyan isə cavab verib ki, guya, xüsusi təyinatlı obyektlərin qorunması üçün.

Onik Qasparyan Baş Qərargah rəisi olduğu müddətdə qoşunların daxili siyasi proseslərə qarışmayacaqlarını və şəhərə gətirilməyəcəyini bildirib. Söhbət elə oradaca bitib. Bundan sonra Qasparyan müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə qurub və həmin söhbət barədə danışıb. Hətta xahiş edib ki, baş nazir eyni mövzuda ona müraciət edərsə, o da eyni cavabı versin”, deyə qəzet öz mənbələrinə istinadən yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə