“The Times” qəzetində Azərbaycanın “Eurovision”dakı qələbəsi ilə bağlı məqalə dərc edilib
Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin 18 may tarixli sayında Azərbaycanın 2011-ci il "Eurovision" musiqi yarışmasında qələbəsi ilə bağlı Səfir Fəxrəddin Qurbanovun məqaləsi dərc edilib.
Məqalədə 2011-ci ilin Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğu, bu baxımdan "Eurovision"dakı qələbənin müstəqilliyinin 20 illiyini qeyd edən ölkəmiz üçün layiqli hədiyyə olduğu vurğulanıb.
Bununla yanaşı, Azərbaycanın dini və mədəni dözümlülüyə görə dünyada tanınmış ölkə olduğu, dünyanın aparıcı dinlərinə mənsub icmaların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində birlikdə yaşadığı qeyd edilib. Səfir həmçinin məqalənin sonunda Britaniyalı "Eurovision" fanatlarına müraciət edərək 2012-ci ildə Bakıda keçiriləcək"Eurovision" yarışmasında iştirak etməyə dəvət edir və ümidvar olduğunu bildirir ki, bu hadisə ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB