Ucuz erməni təfəkkürü: növbəti müharibə ritorikası Ermənistanı məhv edə bilər ANALİTİK
Naira Ayrumyan nəinki Azərbaycana, hətta Türkiyəyə qarşı ərazi iddiallarının davamlı olaraq irəli sürülməyinin tərəfdarıdır
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü, “Mənim addımım” hakimiyyətyönlü fraksiyasının deputatı Andranik Koçaryanın Türkiyə və Azərbaycanla dialoqa gedərək, münasibətlər qurulmasının vacibliyindən danışması ölkə daxilindəki əks siyasi qüvvələrin ajiotajlarına və qəti etirazlarına səbəb olub. SİA xəbər verir ki, müxalifyönlü deputatlar və siyasilər sözügedən təklifi rədd etməklə yanaşı, açıq-aşkar müharibənin davam etməsi istədikləri gizlətmirlər, bu da azmış kimi Türkiyəyə qarşı ərazi iddialarını önə sürürlər. Halbuki, Andranik Koçaryan dialoqa getməyi və münasibətlərin qurulmasının Ermənistanın dövlətçilik əsaslarının xilası olaraq gördüyünü bəyan edib.
Ayrumyan: “Bu razılaşma ilə Ermənistan Qarsa, Ərdahana, Ağrıya olan “hüququndan” imtina edəcək”
Bu arada, Andranik Koçaryanın təklifinə qarşı çıxanlardan biri də Ermənistanın siyasi şərhçisi Naira Ayrumyandır. O, lragir.am-da yazdığı fikirləri ilə qeyd edib ki, Türkiyə və Rusiyanın egidası altında imzalanan üçtərəfli atəşkəs bəyannaməsinin nəəticələrinə görə, Ermənistan nəinki Azərbaycanın və Türkiyənin sərhədlərini tanımalı olacaq, həm də Qarabağa və Naxçıvana (???!!!) olan “hüququnu” birdəfəlik itirəcək.
Əslində, belə bir ucuz təfəkkür və siyasi həyasızlıq nümayişləri ilə ölkələrini birdəfəlik məhvə doğru sürüklədiklərini anlamayan bu tip erməni başbilənlərinin bəyanat və şərhləri həqiqətən də onların mehriban qonşuluq, sülh, əminamanlıq prinsipini dərk etmədiklərini sübuta yetirir.
Məhz bu baxımdan, Naira Ayrumyan ucuz təfəkküründə hətta Türkiyəyə qarşı ərazi iddialarını xatırladıb. “Bu razılaşma ilə Ermənistan Qarsa, Ərdahana, Ağrıya olan “hüququndan” imtina edəcək. Ermənistan dünya tərəfindən tanınan hüquq və gücünü itirməli olacaq”, deyə o bildirib.
“Sonuncu dəfə bu 2008-ci ildə olmuşdu, onda Rusiya ilə Türkiyə “futbol diplomatiyasını” ortaya atdılar”
Erməni siyasi şərhçisi davam edir: “İrəvan indiyə qədər erməni-türk sərhədlərini tanımayıb. Türkiyə rəhbərliyi erməni hakimiyyətlərini sərhədi tanıması üçün dəfələrlə yola gətirməyə çalışıb, sonuncu dəfə bu 2008-ci ildə olmuşdu, onda Rusiya ilə Türkiyə “futbol diplomatiyasını” ortaya atdılar və az qala Ermənistanı güc hüququndan məhrum etmişdilər”.
Ayrumyan əlavə edib ki, onda bu məsələni sülh yolu ilə həll etmək olmadı, üstündən 12 il keçdi və qərar verildi ki, Ermənistanın hüququnu müharibə yolu ilə əlindən alsınlar. “Andranik Koçaryanı qorxutmağa faktiki olaraq nail oldular və o Azərbaycana təzim etməyə, yeni sərhədi tanımağa razıdır”, deyə erməni siyasi şərhçisi yazır.
Erməni siyasi şərhçisi ABŞ dövlət katibinin müavini Filip Rikerin fikirlərini də xatırladıb və həmin fikirlərdən “işıq ucu” axtarmağa cəh göstərib. Belə ki, amerikalı rəsmi deyib: “Ermənistan 30 il əvvəl müharibə meydanında qələbə qazanmışdı, ancaq münaqişəni tənzimləməyi bacarmadı, Azərbaycanın da bu dəfə bunu edəcəyinə inanmıram”.
Buradan belə nəticə çıxarmaq olar ki, ABŞ da Fransa kimi Minsk qrupunun həmsədr ölkəsi olaraq münaqişənin sülh yolu ilə hlli istiqamətində heç bir ciddi uğura nail ola bilmədi. Görünür, cənab Riker münaqişənin 44 gün ərzində Azərbaycanın xeyrinə həll olunmasından narahat olub.
“Bakı hər hansı öhdəlik daşıyacağı heç bir sənədə 30 il boyunca imza atmadı”
Məhz bu fikirləri xatırladan Ayrumyan amerikalı rəsmisinin fikirlərinin sadəcə bəyanat olmadığını, Ermənistana xəbərdarlıq olduğunu bildirib. “Bu, Ermənistana xəbərdarlıqdır ki, yeni müharibə qarşısındakı qorxusu ona daha sonra düzəlldilə bilməyəcək səhvi etməsin. Üçtərəfli razılaşma sadəcə üç insan tərəfindən imzalanan sənəddir və heç bir hüquqi təsirə malik deyil. Bax, buna görə Türkiyə və Rusiya legitim razılaşmanı bağlabaşa tələsirlər, onu isə uyalnız Ermənistan imzalaya bilər”, deyə Ayrumyan açıq-aşkar müharibə istədiyini sərgiləyib.
O, həmçinin bildirib ki, Putin Nikol Paşinyanı hakimiyyətdə saxlamağa çalışır, çünki işləri sona çatrımaq lazımdır: “Ermənistan Birinci Qarabağ müharibəsindən qalib ayrıldıqdan sonra Bakı hər hansı öhdəlik daşıyacağı heç bir sənədə 30 il boyunca imza atmadı. İmzanın gücü Smerç və Bayraktardan daha güclükdür. Bunu Ankarada da, Moskvada da anlayırlar, amma İrəvanda anlamırlar”, deyə Ayrumyan məhvin astanasında olan ölkəsinin hələ də “çıxış yolunun” olduğunu və bunun yeni müharibə ilə olacağını dar, ucuz təfəkkürü ilə ifadə edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB