Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. SİA-nın verdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə mətbuatı yayıb.

Xəbərdə deyilir ki, Türkiyə Prezidenti sabah Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutur.

Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə