"Gorus-Xankəndi magistralının bir tərəfi azərbaycanlıların nəzarətinə keçib" Erməni deputat

"Gorus-Xankəndi magistralının bir tərəfi azərbaycanlıların nəzarətinə keçib" Erməni deputat

Ermənistan parlamentinin deputatı Tauqi Tovmasyan iclas zamanı Sünik (Zəngəzur) vilayətinin Aravus (Ərəfsə) kəndinin sakinlərinin problemlərinə toxunub. SİA aysor.am-a istinadən xəbər verir ki, erməni kəndlilərinin bir qrupu deputata müraciət edərək bildiriblər ki, azərbaycanlılar icmanın ehtiyat fondunda olan və Gorus-Xankəndi magistralının sağında yerləşən torpaqlarını əllərindən alırlar.

“İnsanlar öz problemləri ilə baş-başa qalıblar, onlar hakimiyyət nümayəndəsinin gəlməsini tələb edirlər”, Tovmasyan bildirib.

Lakin vilayətin qubernatorunun müavini bəyan edib ki, erməni tərəfi əraziləri güzəştə getməyib. Qubernator müavininin sözlərinə baxmayaraq, erməni deputatı onun sözlərini yalanlayıb və həqiqəti əks etdirmədiyini parlamentdəki çıxışında vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə