"Ermənistandakı yaşanan hadisələrin əsas səbəbkarı bizik. Bizim qələbəmiz onları bu vəziyyətə gətirib çıxarıb. Düşünürəm ki, ermənilər bütün bu yaşananlardan mütləq bir nəticə çıxarmalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloqun sözlərinə görə, Paşinyan əlbəttə ki,ona opponentlik edən müxalifət qüvvələri tərəfindən ciddi şəkildə tənqid olunur: "Hətta onun keçmiş tərəfdarları və müavinləri də artıq etirazçı kütləyə qoşulub. Paşinyanın taleyi birmənalı şəkildə acınacaqlıdır. İnanmıram ki, bundan sonra uzun müddət Paşinyan Baş nazir postunda qala bilsin".
F.Sadıqov vurğulayıb ki, Paşinyanın getməsi üçün görünür bir qədər zaman tələb olunur: "Bu zaman ərzində müxalifətin addımları daha sistemli və ardıcıl olmalıdır. Konkret proqramla çıxış etməlidirlər. Ola bilsin ki, Paşinyan özünün arxasında dayanan aparıcı qüvvələri müəyyən dərəcədə qane edir. Həmçinin Paşinyan imzalanan bəyanatı da yerinə yetirməlidir. O, müəyyən bir dövrdə hakimiyyəti tərk etməli olacaq. Çünki əks halda Ermənistanda vətəndaş müharibəsi heç də istisna deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB