“Ermənistanda siyasi böhranın həll yolu budur...” Mikael Melkumyan
Siyasi çoxluq məğlub olduqlarını və getmək məcburiyyətində qaldıqlarını elan etmək üçün cəsarət tapmalıdır və Ermənistanda yaranan siyasi böhranı həll etməyin yeganə yolu budur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri dekabrın 7-də "Çiçəklənən Ermənistan" partiyasından olan millət vəkili Mikael Melkumyan "Maariflənmiş Ermənistan" partiyasının Milli Məclisdə başlatdığı dinləmələrdə söyləyib.
Onun sözlərinə görə, hələ də hakim "Mənim addımım" blokunda qalan və onu tərk etməyən millət vəkilləri ölkədəki vəziyyət və qəbul olunan qərarlar üçün siyasi məsuliyyəti bölüşməyə davam edirlər.
"Qoy onlar parlament fraksiyaları çərçivəsində geri çəkilmə məsələsini müzakirə etsinlər və qərar versinlər, çünki parlamentin tribunasından bunu etmək üçün kifayət qədər cəsarətləri yoxdur və yetərli deyil. Erməni xalqına münasibətdə baş verən xəyanəti Nikol Paşinyanla bölüşməmək üçün onlar getməlidirlər. Qalsalar, deməli, onun mövqeyini bölüşürlər. Ancaq, bilsinlər ki, küçələrdən gələn təzyiq artmağa davam etdiyi üçün mütləq getməli olacaqlar. Mütləq gedəcəklər, amma bundan sonra bizim özümüz üçün yeni bütlər yaratmaq hüququmuz olmayacaq. Bu birmənalıdır", deyə millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB