"Heç bir dövlət çəkinmədən bunu açıq şəkildə deyə bilir" ÖZƏL-MÜNASİBƏT
"İnformasiya təhlükəsizliyi ölkədə informasiyanın yaranmasını, yayılmasını, istehsalını və qəbulunu özbaşına, öz axarına buraxmamaqdır. Həmçinin informasiya təhlükəsizliyi bu prosesi şüurlu, ağıllı, məntiqli və dövlət ictimai mənafelərə uyğun şəkildə idarə etməkdir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Mən bunun iki əsas istiqamətini görürəm. Birincisi, ölkənin özünün daxilində informasiya istehsalının dövlət, milli ictimai mənafelərə uyğunlaşdırılmasıdır. Yəni dövlət və ictimai mənafelər üçün ziyanlı informasiyaların istehsalının nəzarətə götürülməsidir. Heç bir dövlət çəkinmədən bunu açıq şəkildə deyə bilir. Bununla belə dövlət, ictimai mənafelərə zidd olan informasiyaların istehsalı və onun mənbələrini tam nəzarətə götürməkdə hər bir dövlətin təbii haqqı və hüququ vardır. İkincisi isə kənardan gələn dövlət və ictimai mənafelərə zidd, ölkə daxilində sabitliyi, təhlükəsizliyi poza biləcək, vətəndaş etimadsızlığı yarada biləcək informasiyaların neytrallaşdırılmasıdır. Burada söhbət xaricdən gələn informasiyaların önünü kəsməkdən getmir. Onsuzda bu mümkün deyil.
Düşünürəm ki, bu iki istiqamətdə işlər bir-biri ilə əlaqəli şəkildə aparılarsa, istənilən bir ölkədə o ölkənin informasiya təhlükəsizliyini təmin etmək mümkündür. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan müsahibəsində müharibənin Ermənistan tərəfindən başlandığını tam aydın və qəti şəkildə bildirir və bütün dünya da bəyan edir ki, bu təcavüzkar müharibə Ermənistan tərəfindən başladı. Yəni Azərbaycan üçün bu bir müdafiə müharibəsi idi və s. Koçaryan həmçinin deyir ki, bütün dünya sülh prosesinin pozulmasının bütün məsuliyyətinin, günahkarının Ermənistan olduğuna tam əmin olandan sonra müharibə başladı. Bunun özü informasiya müharibəsində bizim qələbəmizin böyük göstəricisidir. Hansıki düşmən tərəfi də bunu etiraf edir”-deyə, A.Quliyev fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB