“Ölkədə hamı Nikola çevrilib" Mikael Minasyan

"Dünya belə bir qənaətə gəldi ki, bir ermənini vurmaq, öldürmək, nədənsə məhrum etmək olar və o, tez bir zamanda bunu unuda bilər, heç nə olmadığı kimi davranaraq yaşamağa davam edə bilər." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib ki, artıq bütün fürsət pəncərələri bağlanır. “Hər şey təkcə bu gün deyil, gecə yarısı deyil, Ermənistanın öz əli ilə seçərək Nikolun tələsinə düşdüyü andan etibarən bitdi. Minlərlə insan, əsgər öldü, yüzlərlə əsgər itkin düşdü, əsir düşdü və minlərlə adam əlil oldu.
Buna görə ən azından bütün Ermənistan üç gün, bir həftə və ya bir ay qara lent taxmalıdır. Bu, hər kəsin məsuliyyəti deməkdir. Bu gün sabah xilas ola biləcəyimiz üçün kədərlənməliyik. Günah var, səhv var, itki var, deməli kədər olmalıdır", deyə Mikael Minasyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...