Etiraz aksiyaları davam edir Ermənistanda

Hərbi qulluqçuların yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hərbi qulluqçuların yaxınları bu gün 27 noyabr tarixində yenidən Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında etiraz aksiyasına toplaşıblar.

Məlumatda qeyd olunur ki, etirazçılar uşaqları orduda xidmət edən insanları onlara qoşulmağa çağırıblar. Etirazçılardan biri, "uşaqlarımızın hərbi əsirlərlə eyni taleyi yaşamasını istəmirik", deyib.

Etirazçılar saat 15:00-da artıq Nazirlər Kabinetinin binası qarşısında toplaşıblar. “Dağlıq Qarabağda xidmət edən, hərbi xidmətə çağırılanların valideynləri, bizə qoşulun!”, deyə şuarlar da səsləndirilib və məqsəd aksiyanın miqyasını daha da böyütmək olub.

Binanın yaxınlığında çox sayda polis qüvvələri yerləşdirilib.

Görünür, nə Ermənistan rəhbərliyi hərbçi ailələrinə, yaxınlarına məhəl qoymir, nə də etirazçılar işğalçı ölkə hakimiyyətindən əl çəkən deyil. Belə ki, mitinqlər, aksiyalar nə səngimək bilir, nə də yekunlaşmaq. Bütün bunlar isə erməni cəmiyyətinin narazılıqlarını həm ifadə, həm də təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...