Məktəbləri minalayan ermənilər ANALİTİK

Onlar üçün bir məqsəd var - qadın, uşaq, kim olursa-olsun, azərbaycanlıdırsa, öldürülməlidir, qətlə yetirilməlidir

Rusiya sülhməramlılarının Qarabağdakı kontingenti daxilində fəaliyyət göstərən minaaxtaranları Xankəndindəki bütün ümumtəhsil məktəblərinin minalardan təmizləndiyini məruzə ediblər. Hətta bu barədə “Rossiya-24” kanalında Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, generel-mayor İqor Konaşenkov da ənənəvi məruzəsində qeyd etdi. Lakin həmin məruzədən yaranan bir sual - kim və nəyə görə məktəbləri minalamışdı sualı özü-özlüyündə cavabını tapır: əlbəttə ki, erməni terrorçuları! Onlar qaçdıqları ərazilərdə hər yeri – evləri, sosial infrastruktur müəssisələrini, hətta məktəbləri belə ya minalayır, ya yandırırlar. Onlar üçün bir məqsəd var - qadın, uşaq, kim olursa-olsun, azərbaycanlıdırsa, öldürülməlidir, qətlə yetirilməlidir.

Onların çirkin məqsədləri bundan ibarətdir ki, torpaqların həqiqi sahibləri geri dönərkən, dağıdılmış, viran qoyulmuş yerləri bərpa etməyə daha çox vaxt sərf etsinlər.

Amma maraqlıdır, görəsən rusiyalı sülhməramlılar məktəblərdən çıxardığı minaları zərərsizləşdirərkən heç olmasa bu barədə də düşünüblərmi? Ümid edək ki, düşünüblər. Misal üçün, düşünüblər ki, “yüksək mədəniyyətə” malik, “dünyanın ilk xristianları” olmuş erməni terrorçuları işğal etdikləri əraziləri rüsvayçılıqla tərk edərkən bütün vəhşilik vasitələrinə əl atırlar. Onların çirkin məqsədləri bundan ibarətdir ki, torpaqların həqiqi sahibləri geri dönərkən, dağıdılmış, viran qoyulmuş yerləri bərpa etməyə daha çox vaxt sərf etsinlər.

Əslində biz burada erməni faşistləri ilə alman faşizminin ən optimal bənzərliyi nümunə də gətirə bilərik. Bütün dünya agahdır ki, alman faşistləri SSRİ-nin işğal olunmuş ərazilərini tərk edərkən, əllərinə düşən hər şeyi özləri ilə Almaniyaya aparır, apara bilmədiklərini isə dağıdır, torpaqların, müxtəlif obyektlərin hər qarışını yandırır, minalayırdı.

Çox maraqlıdır, ermənilərə yaxın xarici KİV-lər ermənilərin mülki əhalinin yaşayacağı əraziləri minalamaları, dağıdıb-yandırmaları, müxtəlif infrastrukturları təməlinə qədər söküb aparmaları barədə də yazırlarmı, yazacaqlarmı?

Ermənilərin özlərinə məxsus və onlara yaxın xarici KİV-lər isə bəhs etdiyimiz minalama faktını kənara qoyub, “məzlum erməni xalqı”, “ermənilərin dəhşətli əzabları” ətrafında bütün dünyaya inləyir, car çəkirdilər, bu gün də həmin məsələ davam edir. Ancaq çox maraqlıdır ki, ermənilərə yaxın xarici KİV-lər bununla yanaşı, ermənilərin mülki əhalinin yaşayacağı əraziləri minalamaları, dağıdıb-yandırmaları, evləri, müxtəlif infrastrukturları təməlinə qədər söküb aparmaları barədə də yazırlarmı, yazacaqlarmı? Kəlbəcərdə erməni məktəb direktorunun məktəbə od-vurub yandırması informasiyasını verəcəklərmi? Ağdamda, Laşında və s. ərazilərimizdəki vandallıq aktları barədə dünyaya car çəkəcəklərmi? Əlbəttə ki, yox. Onda da başlayacaqlar ki, “bu tamam başqa məsələdir”, “müharibənin görünməyən tərəfləridir”, “müharibənin əks-sədasıdır” və s. bəhanələr...

Ancaq fakt budur ki, Vətən müharibəsi dövründə Azərbaycan müharibəyə aid olan hər kəsi dəqiq şəkildə iki yerə ayırıb – bizlərə və onlara...

Bizlər və onlar

Biz - həmin insanlarıq ki, ədalət tərəfdarı kimi çıxış etmişik, xalqların birliyini dəstəkləmişik, sülh tərəfdarı olmuşuq, torpaqların bərpasını arzulamışıq, kimlərin hansı konfessiyaya aid olmasını heç vaxt müzakirə etməmişik, özümüzə aid olanlarla yanaşı digər xalqların tarixi abidələrini, milli folklorunu qoruyub-saxlamışıq.

Onlar - müasir dünyanın yeni barbarları, özlərinin “mədəni alilikləri” barədə səs-küylər qaldıran, “minillik tarixlərini”, “spartalılardan da qədim döyüşkən xalq” olduqlarını zorla, yalanla dünya ictimaiyyətinə sırımağa cəhd edəndirlər. Hansı ki, uduzduqları müharibədən sonra meşələri qırıb-çatdılar, hər yeri minaladılar, hətta unitazlarını belə özləri ilə apardılar.

Onların “faciəsi” belə oldu: torpağı oğurlaya bilmədik, onda əlimizə düşən hər nə varsa oğurlayaq, hətta boş bağlanmış “qaykanı”, kənara atılmış tikinti daşını yük maşınına yükləyib, aparaq ki, azərbaycanlılara qalmasın.

Nə qədər gülünc və həqiqətən də iyrənc bir nümunədir, illər əvvəl azərbaycanlılara məxsus hər şeyi zəbt et, sonra da “mənimdir, azərbaycanlılara qalmasın” deyib həyasızcasına, riyakarcasına daşıyıb-aparmaq, apara bilmədiklərini isə yandırmaq və minalamaq. Dağıdılmış məzarıstanları, meyvə bağlarını, yolları və s...

Tarix isə unudulmur, yazılır...

Əslində bu rəsmi İrəvanın iddia etdiyi kimi “müvəqqəti geri çəkilmə əməliyyatı” deyil, bu dibinə qədər məhv edilmiş, burnu ovulmuş, dişləri sındırılmış düşmən ordusunun, eləcə də bizə düşmən münasibətini saxlamaqda davam edən ermənilərin öz təbirlərincə “öcüdür”, “qisasıdır”. Və təəssüf ki, bizim bax bu cür mənəviyyatsız, vəhşi, insanlıq düşüncəsindən kənar düşmənlərimiz olub və var!

İndi Rusiyanın sülhməramlıları da düşünməyə məhkumdurar ki, axı evləri, məktəbləri, meyvə bağlarını, qəbirləri, yolları, bulaqları minalamaqla, yandırmaqla orta əsr təfəkküründən bu yana inkişaf etməmiş ermənilər nə qazanacaqlar? Əlbəttə ki, heç nə, sadəcə özləri haqqında uydurulmuş miflər məhv olacaq, necə ki, məhv də olub. Azərbaycanlılar isə dağıdılmış miflərin üzərində yeni həyat, sülh, bərqərarlıq quracaqlar. Yəni hər şey bütün çılpaqlığı ilə dünyanın gözləri qarşısında baş verir. Tarix isə unudulmur, yazılır...

Rövşən RƏSULOV

P.S. Ermənilərin murdar, qeyri-insani əməllərinə isə onların sağalmaz xəstəlikləri səbəb olur - vəhşilərə od qoyan məğlubiyyət sindromu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...